FACT-INFO.AZ » İQTİSADİYYAT » COP29 Sədrliyi və UNCTAD arasında BICFIT təşəbbüsü sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb
27-09-2024, 10:00 | İQTİSADİYYAT
COP29 Sədrliyi və UNCTAD arasında BICFIT təşəbbüsü sahəsində əməkdaşlığa dair niyyət məktubu imzalanıb

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev və təşkilatın Ticarət və İnkişaf Konfransının Baş katibi Rebeka Qrinspan arasında ikitərəfli görüş keçirilib.

Fact-info.az xəbər verir ki, görüş zamanı COP29-un İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsünə (BICFIT) dair fikir mübadilələri aparılıb. Qeyd olunub ki, COP29 üzrə BMT-nin təsis etdiyi müvafiq Qlobal İşçi Qrupunda təmsil edilən BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və BMT-nin İnkişaf Proqramı Azərbaycanın irəli sürdüyü BICFIT təşəbbüsü üzrə BMT tərəfindən əlaqələndirici rolunu oynayırlar. Bununla yanaşı, görüşdə COP29 Prezidentliyinin bu təşəbbüs üzrə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq etdiyi deyilib.

Muxtar Babayev bildirib ki, COP29 Sədrliyi ilk dəfə olaraq İqlim maliyyəsi, investisiya və ticarət üzrə tematik gün təşkil edəcək. Onun sözlərinə görə, Ticarət və İnvestisiya Evi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı və ÜTT, BMT‐nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşlarla əməkdaşlıqda təşkil olunacaq.

Daha sonra o, COP29 Prezidentliyi tərəfindən təklif edilən yeni innovativ BICFIT təşəbbüsünün əhəmiyyətindən bəhs edərək vurğulayıb ki, bu təşəbbüsün əsas məqsədi iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsidir.

Muxtar Babayev deyib ki, COP29 Prezidentliyi bütün təşəbbüslərə dair tərəflərlə geniş məsləhətləşmələr keçirir və sentyabrın 13-də İsveçrənin Cenevrə şəhərində Ümumdünya Ticarət Təşkilatının Qlobal İctimai Forumu çərçivəsində ölkələrin və digər bütün tərəfdaşların iştirakı ilə BICFIT təşəbbüsünə dair xüsusi sessiya təşkil edilib.





Baxış sayı: 95
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30