FACT-INFO.AZ » SİYASƏT » Ceyhun Bayramov: Qarabağ Bəyannaməsinin qəbul edilməsi Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb edir
26-09-2024, 10:00 | SİYASƏT
Ceyhun Bayramov: Qarabağ Bəyannaməsinin qəbul edilməsi Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb edir

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlıq uğurlu inkişaf edir. Fact-info.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxışında bildirib.

Nazir Təşkilatın təsis sənədi olan Naxçıvan sazişinin imzalanmasının 15-ci ildönümündə türkdilli dövlətlər arasında əməkdaşlığın dərinləşməsinin, xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinin və TDT-nin beynəlxalq aləmdə strateji əhəmiyyətinin artmasının şahidi olmaqdan qürur duyduğunu qeyd edib.

Çıxışda, bu gün TDT çərçivəsində ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, enerji, tibb, kənd təsərrüfatı, turizm, informasiya, media, kommunikasiya texnologiyaları, gənclər və idman, eləcə də digər sahələrdə əməkdaşlığın uğurlu inkişafı qeyd olunub. XİN başçısı Təşkilatın hazırkı inkişaf dinamikası, o cümlədən onun günü-gündən artan beynəlxalq nüfuzunun TDT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi, funksional imkanlarının daha da genişləndirilməsi zərurətinə vurğu etdiyini bildirib. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə illik sammitlərin sayının birdən ikiyə artırılmasının Təşkilat çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsi üçün vacib platforma yaratdığını vurğulayıb. Bu il, Təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün təşkili ilə TDT çərçivəsində əməkdaşlığın yeni təkan aldığı və Qarabağ Bəyannaməsinin qəbul edilməsinin Türk dünyası üçün böyük tarixi əhəmiyyət kəsb etdiyi qeyd olunub. TDT ilə əlaqəli fəaliyyət göstərən TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və Türk İnvestisiya Fondunun fəaliyyətlərinə də Azərbaycan tərəfindən xüsusi önəm verildiyi vurğulanıb. Türk Akademiyasının təşəbbüsü ilə ortaq əlifbanın yaradılması işinin uğurla başa çatmasından məmnunluq və 2024-cü il sentyabrın 11-də rəsmi olaraq qəbul edilən yeni ortaq türk əlifbasının əməkdaşlığımızı əhəmiyyətli dərəcədə yüksəldəcəyinə dair əminlik ifadə olunub.




Baxış sayı: 90
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30