FACT-INFO.AZ » XƏBƏR » COP29 çərçivəsində qlobal təşəbbüslərlə bağlı yüksək səviyyəli tədbir keçirilib
25-09-2024, 10:30 | XƏBƏR
COP29 çərçivəsində qlobal təşəbbüslərlə bağlı yüksək səviyyəli tədbir keçirilib

Sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsi çərçivəsində BMT-nin Baş Qərargahında COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan qlobal təşəbbüslər ilə bağlı yüksək səviyyəli paralel tədbir təşkil edilib.

Fact-info.az-ın məlumatına görə, COP29 Sədrliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirin məqsədi Fəaliyyət Gündəliyinə daxil olan qlobal təşəbbüslər barəsində ətraflı məlumatın geniş auditoriyaya çatdırılması, BMT-nin ixtisaslaşmış təşkilatlarının, beynəlxalq inkişaf banklarının, üzv dövlətlərin yuxarı vəzifəli nümayəndələrinin və BMT-nin İqlim Dəyişikliyi Konvensiyasına tərəf olan dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə COP29 Sədrliyinin fəaliyyət prioritetlərinin gücləndilməsi, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin birləşdirilməsi üçün əməkdaşlıq və tərəfdaşlıq imkanlarının müzakirə edilməsi olub.

Tədbir zamanı COP29 üzrə Baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev açılış nitqində COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinin iqlim sahəsində bütün əsas istiqamətlər boyu irəliləmək kimi ambisiyalı səylərini təmsil etdiyini və enerji, maliyyə, kənd təsərrüfatı, su, şəhərlər, insan inkişafı, eləcə də iqlim və sülhün qarşılıqlı əlaqəsi kimi bir sıra əsas prioritetləri ehtiva etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, maliyyənin iqlim fəaliyyətinin mühüm icra mexanizmi olduğunu nəzərə alaraq, COP29 Sədrliyinin qlobal təşəbbüsləri icra mexanizmlərinə xüsusi diqqət yetirməklə hazırlanıb.

Daha sonra COP29 Sədrliyinin qlobal təşəbbüslərinin hazırlanması prosesində göstərdikləri dəstəyə görə BMT-nin ixtisaslaşmış təşkilatlarına təşəkkür ifadə edən Baş danışıqçı çıxış sözü həmin təşkilatların yüksək rütbəli nümayəndələrinə verib. Natiqlər aidiyyəti sahələr üzrə COP29 Sədrliyinin qlobal təşəbbüslərinin əhəmiyyətini vurğulayıb və onların icrasına dəstək ifadə ediblər.

Çıxışlardan sonra Yalçın Rəfiyev COP29 Sədrliyinin Fəaliyyət gündəliyinə daxil olan 14 təşəbbüs barədə təqdimat edib, təşəbbüslərin iqlim fəaliyyətinə önəmli töhfə verəcəyini bildirib. Sual-cavab sessiyası zamanı nümayəndə heyətlərinin sualları cavablandırılıb.

Daha sonra xarici işlər nazirinin tədbirə müraciəti səsləndirilib. Çıxışda Azərbaycanın ambisiyaları artırmaq və iqlimlə bağlı fəaliyyətə imkan vermək üçün nümunə göstərməyə hazır olduğu vurğulanıb, bütün ölkələr, təşkilatlar, xeyriyyə qurumları və maliyyə təsisatlarının və hər bir fərdin bu mühüm missiyada COP29 Sədrliyinə qoşulmasına, sürətli və qətiyyətli hərəkət etməsinə çağırış edilib.

Yekun nitqində Yalçın Rəfiyev tədbir iştirakçılarını COP29-da fəal iştiraka çağırıb.




Baxış sayı: 85
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30