24 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Grossi ilə görüşüb.
Fact-info.az xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycan nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində MAQATE-nin yoxlama sisteminin əvəzsiz rolunu vurğulayaraq, nüvə təhlükəsizliyini və onun gücləndirilməsi üçün beynəlxalq əməkdaşlığı tamamilə dəstəklədiyini bildirib.
Xarici işlər naziri və baş direktor 2024-2029-cu illər üçün MAQATE ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üzrə Ölkə Proqramı Çərçivəsini (CPF) imzalayıblar.
Saziş texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.
Baxış sayı: 145
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
