Türkiyənin dünyaca məşhur “Quruluş Osman” serialı yeni mövsümə Azərbaycan mahnısı ilə başlayıb. Fact-info.azxəbər verir ki, serialın 2024-2025-ci il yayım mövsümünün ilk fraqmenti yayımlanıb. Dünyanın bir çox ölkəsindən milyonlarla izləyicinin səbirsizliklə gözlədiyi ekran əsəri mövsümə sözləri Zivər Ağayeva və Zeynəb Xanlarova, musiqisi isə Rauf Məmmədova məxsus “Yaşa, mənim xalqım” mahnısı ilə başlayıb.
Sevilən türk aktyor Burak Özçivitin baş rolunu (Osman bəy) oynadığı serialda Azərbaycan mahnısını filmdə Boran bəy obrazını canlandıran Yiğit Uçan ifa edib. Sosial mediada sürətlə yayılan fraqmenti qısa vaxt ərzində milyonlarla izləyici bəyənib.
Qeyd edək ki, hər bölümündə reytinqlərdə rekorda imza atan serialın istehsalçısı və layihə rəhbəri Mehmet Bozdağ, rejissoru isə Ahmet Yılmazdır. Bu, serialın altıncı yayım mövsümüdür.
Baxış sayı: 225
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
