Şərqi Aralıq dənizində cərəyan edən geosiyasi proseslər fonunda Şimali Kipr Türk Respublikasının (ŞKTC) Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunun əhəmiyyəti artır. Fact-info.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə ŞKTC Prezidenti Ersin Tatar Lefkoşada Kipr Türk Milli Birlik Partiyasının qurultayında bildirib.
Dövlət başçısı TDT-nin Şuşada keçirilən qeyri-rəsmi sammitinə ŞKTC-nin dəvət edilməsi barədə xatırladıb, türk Kiprinin rəhbər şəxslərinin də digər müstəqil türk dövlətləri ilə yanaşı müzakirələrdə iştirak etdiyini qeyd edib.
“ŞKTC müstəqil türk dövlətidir. Biz ŞKTC-nin qlobal dövlətlər ailəsində öz layiqli yerini tutması üçün əlimizdən gələni edirik, türk Kipri xalqının firavanlığı üçün çalışırıq”, - deyə Tatar Lefkoşanın beynəlxalq arenada mövqeyinə verdiyi fəal dəstəyə görə Ankaraya təşəkkürünü bildirib.
Kiprlə bağlı fikir ayrılıqlarının həlli perspektivlərinə gəlincə, siyasi lider adada uzunmüddətli sülhün yeganə yolunun iki suveren dövlət arasında əməkdaşlıqdan keçdiyini vurğulayıb. “ŞKTC Kiprlə bağlı istənilən sazişin tərəfi olmalıdır”, - deyə dövlət başçısı vurğulayıb.
Siyasətçi əmin edib ki, Lefkoşanın bərabərhüquqlu və suveren aktor kimi beynəlxalq statusa malik olduğu tanınmadan ŞKTC danışıqlar masasına əyləşməyəcək.
Baxış sayı: 115
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
