Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində Göyçay rayonunda sentyabrın 20-də tədbir keçirilib.
Tədbiri açıq elan edən, layihə rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: “Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını müəyyən qədər də olsa almaq hədəfimizdədir. Biz uzun illik praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili zəruridir. Bu zərurəti dərk edərək, bu gün Göyçay rayonunda 70-dən yuxarı tədbir iştirakçısı ilə görüşüb maarifləndirmə işini davam etdiririk”.
QHT sədrinin verdiyi məlumata görə, daha sonra tədbirə qatılan çox saylı iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılıb, təhlil olunub. Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub. Tədbirə qatılan iştirakçılar layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən görüşdə hər bir kəsin sualları cavablandırılıb, onlara lazımı tövsiyələr verilib. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda Göyçay rayon sakinini məlumatlandırmaqla bərabər onlara ailə üzvlərinin də belə test vərəqlərinin evdə doldurması tövsiyə edildi. Deməli, layihədən faydalanan, maariflənən yalnız 75 nəfər tədbir iştirakçısı deyil, həmçinin həmin iştirakçılarının ailə üzvləri olacaq. Onu da qeyd edək ki, bizim növbəti tədbirimiz Göyçay rayonunda orta məktəb şagirdləri üçün təşkil olunacaq.
Fact-info.az
Baxış sayı: 370
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President

