FACT-INFO.AZ » XƏBƏR » Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qayıdış hüququ mövzusunda tədbirdə çıxış edib
21-09-2024, 10:30 | XƏBƏR
Qərbi Azərbaycan İcmasının nümayəndəsi BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qayıdış hüququ mövzusunda tədbirdə çıxış edib

BMT İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Qayıdış hüququndan istifadə - sülh və barışıq üçün mühüm stimul kimi" mövzusunda tədbir keçirilib.

Qərbi Azərbaycan İcmasından  Fact-info.az-a bildiriblər ki, BMT-nin üzv dövlətlərinin və çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldıqları tədbirə beynəlxalq ekspert Ventseslav Sabev moderatorluq edib.

Tədbirdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov, Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları üzrə Cenevrə Akademiyasının professoru Evgeniya Duss, Su, Ətraf mühit və Sağlamlıqla bağlı Qlobal İnstitutun rəhbəri Nidal Salim və Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri və sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər.

Tədbirin moderatoru, beynəlxalq ekspert Ventseslav Sabev qayıdış hüququnun beynəlxalq prinsiplərin ayrılmaz hissəsi olduğunu qeyd edərək, tədbirin mövzusunun aktuallığından danışıb.

Səfir Q. İsrafilov Azərbaycanın dövlətlərarası sülh və barışığın tərəfdarı olduğunu, beynəlxalq hüququn insan hüquqlarına dair bütün normalarına və prinsiplərinə sadiq qaldığını bildirib.

Professor Evgeniya Duss qayıdış hüququ, qaçqınların və məcburi köçkünlərin əsas hüquqları barədə məlumat verib, bu hüquqların danılmaz olduğunu və həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qlobal İnstitutun rəhbəri Nidal Salim çıxışında qaçqınların hüquqları ilə bağlı fundamental məsələlərə toxunub, qayıdış hüququnun bu münaqişələrdən əziyyət çəkən bütün əhali təbəqələrinə tətbiq edilməli olunduğunu deyib.

Qərbi Azərbaycan İcmasının nümayəndəsi Ülviyyə Zülfiqar çıxışında azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdikləri Ermənistan ərazisindən zorla qovulmasının tarixi haqqında məlumat verib, deportasiyaların ağrılı nəticələrinin hələ də aradan qaldırılmadığını vurğulayıb.

O, Qərbi Azərbaycan İcmasının Ermənistan hökuməti ilə qayıdış mövzusunda dialoqa başlamaq üçün dəfələrlə göstərdiyi cəhdlərin cavabsız qaldığını qeyd edib. Bunun əvəzinə, Ermənistandan azərbaycanlıların qayıdış hüququnu şübhə altına alan bəyanatların eşidildiyini bildirib. "Ermənistan hökuməti evlərimizi, müqəddəs yerlərimizi ziyarət etməyimizə belə mane olur. Biz beynəlxalq ictimaiyyətin, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının insan hüquqları institutlarının dəstəyinə ümid edirik. Bu dəstək çox vacibdir, çünki Ermənistanın evlərimizə qayıtmağımıza törətdiyi maneələri aradan qaldırmaq üçün təkcə İcmanın səyləri kifayət etmir”, - deyə sözçü bildirib.

İcma rəsmisi BMT-nin insan hüquqları qurumlarını, o cümlədən xüsusi məruzəçiləri, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının pozulması, xüsusilə onların qayıdış hüquqlarının inkar edilməsi hallarının aradan qaldırılması üçün hesabatlar hazırlamağa və digər lazımi tədbirlər görməyə çağırıb.

Tədbir zamanı Ermənistan nümayəndəsi də çıxış edib. O, Ermənistanın “hər bir köçkün və qaçqının öz evinə qayıtmaq hüququnu dəstəklədiyini” bildirib. Ermənistan nümayəndəsi “Qərbi Azərbaycan” ifadəsini Ermənistana qarşı ərazi iddiası kimi təqdim etməyə cəhd göstərib.

Cavabında Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasının adının tarixi və coğrafi faktlara əsaslandığını və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ olduğunu qeyd edib. Vurğulayıb ki, QHT olaraq Qərbi Azərbaycan İcmasının hər hansı dövlətə qarşı ərazi iddiası ola bilməz. Sözçü, həmçinin Qərbi Azərbaycan İcması tərəfindən Ermənistan baş nazirinə dialoq üçün müraciətlər ünvanlandığını xatırladıb.

Səfir Qalib İsrafilov isə diqqətə çatdırıb ki, Ermənistanın nümayəndəsinin qayıdış hüququnu tanıdıqlarını deməsini qeydə alır, lakin əsas sual ondan ibarətdir ki, Ermənistan hökuməti azərbaycanlıların qayıdış hüququnu təmin etməyə hazırdırmı.

Tədbir interaktiv şəkildə davam edib və digər iştirakçıların sualları cavablandırılıb.




Baxış sayı: 170
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30