FACT-INFO.AZ » SİYASƏT » Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam
21-09-2024, 10:30 | SİYASƏT
Ceyms Uorlik: Sülh sazişi ilə bağlı bir çox məsələlərdə irəliləyişin əldə olunmasından çox şadam

“Azərbaycanla Ermənistan arasında sülh razılaşmasını əldə etməyin çox vacib olduğunu düşünürəm”.

Bu sözləri ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. O, bu prosesin çətin olduğunu və qarşısında müəyyən maneələrin dayandığını bildirib. “Hesab edirəm ki, ilkin addım olaraq çərçivə razılaşması əldə etmək mümkündür. Orada bir sıra, o cümlədən Azərbaycanın narahat olduğu Ermənistanın Konstitusiyasına dəyişiklik məsələsi var. Həmçinin Ermənistanın da narahat olduğu bəzi məsələlər mövcuddur. Bütün bunlar ən azından çərçivə sazişinin qarşısında dayanmamalıdır. Mən bir çox məsələlər, o cümlədən demarkasiya və kommunikasiyalarla bağlı irəliləyişin əldə olunmasından çox şadam. Düşünürəm ki, bir sıra çətin mövzular, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərdə irəliləyiş üçün imkanlar var. Tərəflərin bir-biri qarşısında öhdəlik götürməsi və irəli addımlamaq üçün yollar tapması, xüsusilə də beynəlxalq səhnədə getdikcə liderlik rolunu artıran Azərbaycan üçün çox vacibdir”,- deyə keçmiş həmsədr bildirib.

Ceyms Uorlik Qarabağda gedən yenidənqurma işlərinə də toxunaraq orada ABŞ şirkətləri üçün də investisiya imkanları ola biləcəyini qeyd edib. “ABŞ şikətləri üçün Azərbaycanda çox böyük imkanlar var. Biz bunun uzun illər şahidi olmuşuq. ABŞ Azərbaycan əlaqələri hər zaman sıx və səmimi olub. Biz bir çox məsələlərlə bağlı birgə işləmişik. Hazırda bu cür imkanlar Qarabağda açılıb. Düşünürəm ki, ABŞ şirkətləri bunu nəzərdən keçirməlidir”, - deyə o bildirib. (Azərtac)




Baxış sayı: 125
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30