FACT-INFO.AZ » XƏBƏR » Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turniri keçirilib
15-09-2024, 08:00 | XƏBƏR
Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turniri keçirilib

18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə ölkəmizin şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib.

 Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirin təşkilatçısı Əsgər İbrahimov bildirib ki, Ardanış Futbol Akademiyasının və “Rakus.az” saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaqdır. O qeyd edib ki, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olmuş media nümayəndələrimiz – Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıqları yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə töhfə verir. O, turnirdə Azərbaycan mediasını 4 komandanın təmsil etdiyini vurğulayıb.

Turnirin Təşkilat Komitəsinin sədri Rasim Həsənov şəhidlərə rəhmət diləyərək, qaydalar haqqında ümumi məlumat verib.

Çıxış edənlər turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə keçməsi üçün fikir və təkliflərini bildirib, iştirakçılara uğurlar arzulayıblar.

Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra turnir açıq elan olunub.

Qeyd edək ki, oktyabrın 18-dək davam edəcək turnirdə 12 komanda mübarizə aparacaq. A qrupunda “Turan”, “Report”, “Veteranlar”, B qrupunda “Gənclər” (Baku TV), “Qoşabulaq”, “Baku.WS”, C qrupunda AZƏRTAC, “Ardanış”, “Zəfər 44”, D qrupunda isə “Göyçə”, “Nərimanlı” və AzTV kollektivləri qüvvəsini sınayacaq. İldə bir dəfə təşkil olunan turnirin iştirakçıları arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalist komandalar da var. Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar yarımfinala yüksələcək. Hər qrupda 2-ci yeri tutan komandalar 3-cü yer uğrunda yarışacaq. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq.

Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.

Xatirə turnirində qalib komandalara, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” və başqa nominasiyalar üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. Komandaların heyətində yarış başa çatanadək heç bir dəyişiklik edilməyəcək. Oyunçuların yaş hədləri sərbəstdir. Lakin peşəkar futbolçuların iştirakı qadağandır.

Ənənəvi futbol turnirinə informasiya dəstəyini AZƏRTAC, AzTV, “Report” İnformasiya Agentliyi, “Baku TV”, “Rakus.az” və “Manşet.az” saytları verəcək.




Baxış sayı: 100
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30