FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində
13-09-2024, 19:30 | MƏDƏNİYYƏT
“Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Şuşa ilə qardaşlaşmış Xivə şəhərində “Şuşa günləri” keçirilib.

Tədbirlər çərçivəsində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Xivə şəhərinin hakimi Temur Davletovla görüşüb, qardaşlaşmış iki şəhərin münasibətlərinin daha da möhkəmlənməsi, elm, mədəniyyət, yaradıcılıq sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsinin əhəmiyyəti barədə müzakirələr aparıb, sonra tarixi “İçən Qala” ərazisində şəhər gəzintisinə çıxıblar.


Sonra Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərovun iştirakı ilə Urgənc Dövlət Universitetində rektor Bəhram Abdullayevlə görüş keçirilib. Görüşdə 1938-1940-cı illərdə bu universitetdə müəllim kimi fəaliyyət göstərən yazıçı, ictimai xadim Y.V.Çəmənzəminli adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin yaradılması barədə ətraflı danışılıb. Aydın Kərimov tarixi Şuşa şəhərində aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri haqqında geniş məlumat verib.


Sonda şuşalı rəssam tərəfindən çəkilən Y.V.Çəmənzəminlinin portreti Mərkəzə hədiyyə edilib. Tələbələrin ifasında kiçik konsert proqramı nümayiş etdirilib.

“Şuşa günləri” “İçən Qala”da maraqlı tədbirlərlə davam edib.

“Şuşa - dünən və bu gün” adlı fotosərgidə Şuşanın tarixi keçmişini, füsunkar təbiətini, işğaldan əvvəl və sonrakı görkəmini, bərpa-quruculuq, yenidənqurma işlərini özündə əks etdirən müxtəlif fotolar sərgilənib, hər biri haqqında ətraflı məlumatlar verilib.


Tədbirdə təqdim edilən XVIII-XIX əsrlərə aid "Qarabağ milli geyimləri" maraqla qarşılanıb. Kolleksiyada əsasən Qarabağın zadəgan xanımlarının geyimləri və kişi libasları sərgilənib.

Özbəkistanda olan müxtəlif ölkələrin səfirləri, Xivə şəhərinin hakimi Temur Davletov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, xüsusi nümayəndəliyin baş məsləhətçisi Elşad İskəndərov, Nümayəndəliyin və Qoruğun əməkdaşlarının iştirak etdiyi tədbirdə Azərbaycanın Xalq və Əməkdar artistlərinin ifasında Qarabağı, Şuşanı tərənnüm edən möhtəşəm konsert proqramı alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı təqdim etdiyi rəqs nümunələri ilə milli rəqslərimizi bir daha dünyada yüksək səviyyədə tanıdıb.

Qeyd edək ki, 2023-cü il fevralın 24-dən etibarən Şuşa ilə Xivə şəhəri qardaşlaşmış şəhərlərdir.




Baxış sayı: 85
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30