FACT-INFO.AZ » SİYASƏT » Gürcü professor: Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda sabitliyi pozmağa xidmət edir
13-09-2024, 09:00 | SİYASƏT
Gürcü professor: Qərbin Ermənistanı silahlandırmaq istəyi regionda sabitliyi pozmağa xidmət edir

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımını iki dəfədən çox artırması hələ o demək deyil ki, Ermənistan bu yolla nə isə edə biləcək. Hələ dəqiq məlum deyil, bu yardımın arxasında hansı məkrli siyasət dayanır. Ona görə də, bu yardımın Ermənistana faydası və bu yolla onun güclü dövlətə çevriləcəyi barədə düşünmək yersizdir. Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a müsahibəsində tarixçi-alim, Suxumi Dövlət Universitetinin professoru Quram Marxulia söyləyib.

O deyib ki, ABŞ bu addımı ilə Ermənistana Rusiya Federasiyası ilə ittifaqda olmaqdan imtinaya görə “təşəkkür edib”. Yardım, əlbəttə, böyük deyil, lakin Vaşinqton hesab edir ki, bu, birinci mərhələdə kifayətdir. Ona görə ki, rəsmi İrəvanın hara yuvarlanacağı hələ bilinmir. Ermənistan Rusiyanın hərbi-siyasi bloklarında yer alır, ona görə də İrəvanın Qərbdə özünə müttəfiq tapdığını söyləmək hələ ki, tezdir.

Professorun sözlərinə görə, Qərb şübhəsiz ki, Ermənistanın geosiyasi məkanı, onun geosiyasi məqsədləri ilə maraqlanır. Lakin təəssüf ki, Ermənistan hökuməti və erməni xalqı arasında bütün bunlar Ermənistana və onun siyasi ambisiyalarına dəstək kimi qəbul edilir.

“Qırx dörd günlük müharibənin hərbi-siyasi iflasından hələ də özünə gəlmədiyi üçün Ermənistan cəmiyyətində “revanşizm” təbliğatı aparılır. Azərbaycan ötən əsrin 90-cı illərində İrəvanın Azərbaycan xalqına qarşı apardığı qeyri-insani siyasətin qisasını aldı. Azərbaycan öz torpaqlarını qaytardı. Belə olan halda, hansı revanşizmdən danışırıq və Ermənistanın nəyi yenidən nəzərdən keçirməsinin lazım olduğu aydın deyil”, - deyə Q.Marxulia bildirib.

O deyib: “Hələ Birinci Dünya müharibəsi illərində erməni “ağıllılar” sərsəmcəsinə müharibənin qondarma bir şey üzərində getdiyinə inanırdılar. Avropa ölkələri və Rusiya “erməni məsələsi”ndə erməniləri geosiyasi məqsədləri üçün qurban verdilər. Bu gün Qərb ölkələri, ilk növbədə, ABŞ və Fransa İran məsələsində bir-biri ilə rəqabət aparır, buna əsaslanaraq, onlara erməni geosiyasi məkanı lazımdır. Ona görə də hər bir tərəf özünəməxsus şəkildə Ermənistanı öz geosiyasi oyunlarına cəlb etməyə çalışır. Ermənistanın “öz ağlı” ilə onlara uyğunlaşmağa çalışması özündə hələ heç nəyi ehtiva etmir. Digər tərəfdən isə Rusiyanı bölgədən tamamilə silmək olmaz. Çünki Ermənistanda Rusiyanın hərbi bazası yerləşir, ona görə də erməni şüarları, ilk növbədə, erməni xalqı və dövləti üçün çox təhlükəlidir”.

Bu cür yardımların ABŞ-ın regionda təsirini artırmayacağını hesab edən Q.Marxulia bildirib: “Artıq hamı ABŞ-ın və Qərbin ikili standartlarını görür və başa düşür. Biz bunu Gürcüstana və Azərbaycana münasibətdə də aydın görürük. Azərbaycanın ərazi bütövlüyü məsələsi ortada olarkən nə Qərb, nə də onu müdafiə edən ABŞ heç nə etmədi. Eləcə də Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələdə biz heç nə görmədik. İndi, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra ABŞ-ın və Qərbin fəallaşması və Ermənistanı silahlandırmaq istəyi regionda gərginliyi artırmaq və sabitliyi pozmaq cəhdindən başqa bir şey deyil”.




Baxış sayı: 105
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30