FACT-INFO.AZ » SİYASƏT » "Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur"
12-09-2024, 17:30 | SİYASƏT
"Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur"

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Teo Klerkə qarşı guya ayrı-seçkilik edilərək onun barəsində məhkəmə tərəfindən "haqsız qərar verilməsi" barədə bəyanatı, özünü "hüquqi dövlət" adlandıran Fransanın bununla Azərbaycanın məhkəmə prosedurlarını heçə sayması qəbuledilməzdir. Fransa tərəfindən səsləndirilən iradların heç bir əsası yoxdur.   Fact-info.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə məsələ ilə bağlı açıqlamasında bildirib.

XİN rəsmisinin sözlərinə görə, dövlət əmlakına qəsdən ziyan vuran Fransa vətəndaşına, həmçinin digər şəxslərlə bağlı verilən hökm məhkəmənin səlahiyyətindədir və Fransa tərəfinin bu qərarı sual altına almağa ixtiyarı yoxdur. "Fransa vətəndaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə və ya zədələmə maddəsi ilə azadlıqdan məhrum olunub. Qeyd edək ki, bu kimi əməllərə görə Teo Klerk əvvəllər Fransada da cəzalandırılıb və ona cərimə tətbiq olunub. Ümumilikdə istintaqın və məhkəmənin gəldiyi qənaətə görə, Fransa vətəndaşı cinayətin törədilməsində xüsusi təşəbbüskarlığı və fəallığı ilə seçilib. Həmçinin məhkəmə istintaqı zamanı onun verdiyi ifadələrin işin obyektiv halları ilə uyğunluq təşkil etmədiyi də məlum olub. Eyni əmələ görə əvvəllər müəyyən məbləğdə cərimə edilsə də, Azərbaycan Respublikasında bu xarakterli əməllərin qeyri-qanuniliyindən məlumatsız olması ilə bağlı Teo Klerkin məhkəməyə verdiyi qeyri-səmimi ifadələri, o cümlədən törətdiyi əməldən peşman olmamasını onun digər iki şəxslə müqayisədə cəzasının daha ağır olmasını şərtləndirən amillər kimi sadalamaq mümkündür", - deyə o əlavə edib.

A.Hacızadə deyib ki, Azərbaycanda məhkəmə hakimiyyətinə və insan hüquqlarına dair iddia səsləndirən, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquq pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyətləri hər kəsə məlumdur. Buna görə də Fransanın bu fəaliyyətindən dərs çıxarması daha faydalı olardı.




Baxış sayı: 105
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30