Sentyabrın 10-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında filologiya üzrə elmlər doktoru Esmira Fuadın “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabının təqdimat mərasimi olub.
Fact-info.az xəbər verir ki, kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə çap olunub.
Kitabda ilk olaraq qədim Oğuz-türk yurdunun bölünməsinə gətirib çıxaran tarixi gerçəklikləri özündə əks etdirən "Kürəkçay", "Gülüstan" və "Türkmənçay" sülh müqavilələri yer alıb. Daha sonra Güney Azərbaycanın tarixi abidələri vərəqlənir, adət-ənənələr, bayramların tarixi, bu günü, xalq həyatına nüfuz etməsi məsələləri ədəbi müstəviyə gətirilir.
Dad və zənginliklə milliliyin vəhdətini özündə yansıdan Güney Azərbaycan mətbəxinin özəllikləri açıqlanır. Folklorunun, şifahi xalq ədəbiyyatının bir çox janrları örnəklərə söykənərək təhlil olunur, Təbriz folklor nümunələrinə Sürəyya xan Şapşalın baxış bucağından nəzər salınır. Asif Atanın (Əfəndiyev) Güney Azərbaycanla bağlı düşüncələri açıqlanır. Güneydə nəsr, tərcümə ədəbiyyatı və yayım məsələləri təhlil edilir, real vəziyyət və çapa təqdim olunmuş əsərlərdən qısa şəkildə söz açılır.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
