FACT-INFO.AZ » SİYASƏT » Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib
10-09-2024, 19:30 | SİYASƏT
Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib

Ukraynaya qarşı istifadə olunması məqsədilə İranın Rusiyaya ballistik raketlər tədarükündən sonra Böyük Britaniya hökuməti bu gün İran və Rusiya barəsində yeni sanksiyalarını elan edib. Fact-info.az xəbər verir ki, bununla bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya İranla ikitərəfli hava əlaqəsi razılaşmalarını ləğv edəcək və bu, “Iran Air” aviaşirkətinin Böyük Britaniyaya uçuş imkanlarını məhdudlaşdıracaq.

Böyük Britaniya Rusiyaya hərbi dəstək göstərən İranın bir sıra şəxsləri və təşkilatlarına, o cümlədən ballistik raket və dron təchizatına cəlb olunanlara sanksiyalar tətbiq edib. İranın Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Logistikasının beynəlxalq əlaqələr üzrə baş direktoru Seyid Həmzə Qalandəri, SEPAH-ın Hərbi Kosmik Qüvvələrinin Kosmik Komandanlığının rəhbəri Əli Cəfərabadi, “Baharestan Kish Company” sanksiyalara məruz qalanlar arasındadır.

Həmçinin Rusiyanın bir neçə qurumuna yeni sanksiyalar tətbiq olunub. 924-cü Dövlət Pilotsuz Aviasiya Mərkəzi, Rusiya Hərbi Kosmik Qüvvələri, Hərbi-Nəqliyyat Aviasiyasının Komandanlığı sanksiyalara məruz qalan qurumlar arasındadır.

Rusiyaya məxsus beş yük gəmisi də İrandan Rusiyaya hərbi yüklərin daşınmasında oynadıqları rola görə bu gün sanksiyaya məruz qalıb.




Baxış sayı: 185
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30