FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafiyası
9-09-2024, 11:00 | MƏDƏNİYYƏT
Qədim türk mifologiyasının Naxçıvandakı izləri monoqrafiyası

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayevin müəllifi olduğu yeni monoqrafiya işıq üzü görüb.

Fact-info.az xəbər verir ki, “Qədim Naxçıvan-Naxər ölkəsi türklərinin mifoloji inancları və bu miflərin yayım arealı” (I cild) adlı monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapa təqdim olunub.

Monoqrafiyanın tarix elmləri üzrə məsləhətçisi akademik İsmayıl Hacıyev, elmi məsləhətçisi professor Muxtar İmanov, elmi redaktoru professor Akif İmanlı, rəyçisi isə professor Adil Babayevdir.

Əsər akademik İsmayıl Hacıyevin monoqrafiyaya yazdığı “Qədim Naxçıvan tayfaları və onların inanclarına dair qiymətli monoqrafiya” başlıqlı ön sözlə başlayır. Burada monoqrafiyanın tədqiqat mövzusu geniş şərh olunur, əsəri səciyyələndirən əsas cəhətlər diqqətə çatdırılır.

Filologiya elmləri doktoru, professor Adil Babayevin “Ulu əcdadlarımızın mifoloji inancları, onların dünya xalqlarına təsirini izləyən əsər” adlı elmi rəyində isə müəllifin araşdırmalarında ortaya qoyduğu əsl tədqiqatçılıq bacarığı və milli təəssübkeşlik hissi yüksək qiymətləndirilir.

359 səhifədən ibarət əsər “Giriş”, üç fəsil, “Nəticə”, “Mənbə və ədəbiyyat siyahısı”ndan ibarətdir.

İlk fəsil “Mifologiya. Naxçıvan paleotoponimlərində qədim türk miflərinin izləri” başlığı daşıyır. Üç yarımfəsildən ibarət fəsildə mifologiyaya dair baxışlar və mifoloji paleotoponimlərin tədqiqi istiqamətləri nəzərdən keçirilir, ibtidai insanların inanc və təfəkküründə baş verən təbiət hadisələri, iqlim dəyişiklikləri, kainat, eləcə də fövqəltəbii qüvvələrin mövcudluğu ilə bağlı mifik inancların formalaşmasından bəhs olunur. Müəllif qədim yazılarda ümumtürk mifik inanclarla yanaşı, Naxçıvan ərazisindəki oykonimlərdə qeydə alınmış əski Türk adlarına olan inanc əlamətlərini əsas tədqiqat obyekti kimi müəyyənləşdirir. Burada Naxçıvanın qədim türk yurdu olması, türk miflərinin vətəni olması fikri aşılanır, bölgədəki prototürk tayfa adlarının yaranmasında qədim türk mifoloji inanclarının rolundan bəhs olunur.Naxçıvan ərazisində Azərbaycan türk tayfalarının m.ö. VIII-IV minilliklərə aid mifik inancları, bu inancların yayılma arealı, əski salnamələrdəki yeri ətraflı tədqiq olunur.

Monoqrafiyanın ikinci fəsli “Qədim Naxçıvan ərazisi tayfalarının m.ö. VIII-VI minilliklərə aid türk tanrı adları və inancları” adlanır. Qeyd etdiyimiz fəsildə Naxçıvanərazisindəki As, Türükkü, Kassi, Lulubi, Hürrü, Naxər, Kuti, Şu, Subər, Koman, Doray prototürkləri ilə bağlı inanclar, onların ərazi toponimlərində izləri məsələsi araşdırılır.

Burada qədim Naxçıvan tayfalarının inanclarındakı tanrı, ilahə adlarının inanc amilləri, onların təxəyyülündəki çoxallahlılığın formaları mifologiyaya dair əsərlər əsasında araşdırılır.Ərazi toponimik sistemində həmin tanrı adlarının e.ə. VIII-IV minilliklərlə bağlılığı tarixi faktlar və türk sözlükləri əsasında izah edilir. Tarixi dövrü də nəzərə alan müəllif Firudin Rzayev Naxçıvan bölgəsindəki tayfa miflərinin buradan Mesopotamiya, Yunan, Şumer, Elam, Hett, Axxiyava dövlətlərinə və ümumtürk arealına yayıldığı qənaətindədir.

“Naxçıvan toponimlərində m.ö. V-IV minilliklərlə bağlı qədim türk mifləri” adlanan sonuncu fəsildə isə Tal, Tus, Turdi, Pal, Kəngər,Maq, Sak, Yaycı prototürkləri ilə bağlı mifoloji inanclar, onların ərazi toponimlərindəki izləri elmi problem kimi müəyyənləşdirilmiş, maraqlı tədqiqat əsəri ərsəyə gəlmişdir.

Burada miflərə dair sovet dövrü ensiklopedik ədəbiyyatlarda qədim türk miflərinin yunan, erməni, yaxud farslara məxsusluğu məsələsi tarixi faktlarla təkzib edilir, onların qədim türk mifologiyasına aidliyi sübuta yetirilir, mifin yayılma arealı və toponimik adlarda izləri geniş araşdırılır.

Kitabın sonuna tədqiqatın Azərbaycan və rus dillərində nəticəsi, həmçinin istifadə olunmuş mənbələrdən ibarət ədəbiyyat siyahısı əlavə olunub.

Monoqrafiyanın ərsəyə gəlməsində 200-ə yaxın mənbədən istifadə olunub. Əsər mifologiyaya dair elmi tədqiqatla məşğul olan tədqiqatçılar, digər elm sahələri nümayəndələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.




Baxış sayı: 155
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30