Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa Prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb ediblər.
Bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.
“Makron, istefa!”, “Makronun zorakı çevrilişinə son!”, “Makron demokratiyanı məhv edəndir!” – nümayiş iştirakçıları şüarlar səsləndirirlər. Bundan əlavə, toplaşan solçu partiyaların tərəfdarları prezidentin təxminən iki aylıq məsləhətləşmələrdən sonra namizədliyi rədd edərək sağ mərkəzçi Respublikaçılar partiyasının nümayəndəsi Mişel Barnieri ölkənin baş naziri vəzifəsinə təyin etməsindən hiddətlərini ifadə edirlər.
Onlar həmçinin Marin Le Pen və onun Milli Birlik partiyasına qarşı şüarlar səsləndirirlər, çünki onların fikrincə, “sağçı” baş nazir təyin edilməklə, o, hazırkı hökumətə daha çox təsir edəcək.
Etirazçıların əksəriyyəti solçu siyasi partiyaların, tələbə və gənclər təşkilatlarının fəallarıdır. (“Report”)
Baxış sayı: 110
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
