Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə 9-11 sentyabr 2024-cü il tarixində "Gülüstan" sarayında Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a verilən məlumata görə, 23 ölkədən 80-dən çox azərbaycanlı alimin gəlməsi gözlənilən tədbirdə ümumilikdə 200-ə yaxın elm xadiminin iştirakı nəzərdə tutulur.
Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr verməkdir.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq üçün onlar Forum çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə yola düşəcək, Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparacaqlar.
Baxış sayı: 30
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
