FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır-“Formiche” qəzeti
6-09-2024, 09:30 | SİYASƏT
Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır-“Formiche” qəzeti

Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır.

Fact-info.az Trend-ə  istinadən xəbər verir ki, bu barədə İtalyanın “Formiche” onlayn qəzetində dərc olunan məqalədə qeyd olunub.

"Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin və sivilizasiyaların dəyərlərini özündə birləşdirərək, əsl birləşdirici körpü rolunu oynayır. İtaliya ilə Mərkəzi Asiya arasında incə, lakin mühüm geosiyasi əlaqələr mövcuddur və bu əlaqələr Azərbaycanla olan münasibətlərlə təmsil olunur. Azərbaycan strateji əhəmiyyətli coğrafi oxda yerləşir: Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və Albaniya.

“Bu ölkələr iki strateji əhəmiyyətli sektordadır - Avro-Aralıq dənizi və Qafqaz və son illərdə İtaliya Asiyanın bu seqmentinin "horizontal inkişaf" işığında nə qədər vacib olduğunu daha yaxşı dərk edir", - məqalədə deyilir

Müəlliflər Bakı ilə Roma arasında artan ticarət dövriyyəsini vurğulayıb, İtaliyanın hazırda Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas tərəfdaşı olduğunu qeyd ediblər.

"Keçən il "Ansaldo Energia" ilə Azərbaycanın ən böyük elektrik enerjisi istehsalçısı olan "Azerenerji" arasında 160 milyon avro dəyərində 4 ədəd AE94.3A qaz turbininin tədarükü üzrə müqavilə imzalanıb. Bu, zavodun inkişafı və modernizasiyası üçün təkan verib", - deyə müəlliflər əlavə ediblər.

Daha sonra qeyd olunur ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası ilə bağlı uzaqgörən qərar sayəsində bu gün Ukraynadakı müharibə İtaliyanın enerji təchizatına zərər vermir.

"TAP-ın rolunu unutmamaq lazımdır. Bu, Azərbaycanıln "Şahdəniz II" yatağından Avropaya təbii qaz nəql edən Cənub Qaz Dəhlizinin mərkəzi komponentidir. Hazırda Avropaya təxminən 26 milyard kubmetr qaz çatdırılıb. TAP Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu Boru Kəməri (TANAP) ilə birləşir, Şimali Yunanıstana daxil olur, Albaniyanı keçərək, Adriatik dənizi vasitəsilə Apuliya sahilinə çatır, beləliklə, Avropa ilə Qafqaz arasında körpü yaradan bir sıra ölkələri birləşdirir", - qeyd olunur.

Müəlliflər, həmçinin, Azərbaycanın rolunun enerji sahəsindən kənara çıxdığını və iki əsas sahəni əhatə etdiyini vurğulayırlar: COP29-un təşkili və mədəniyyətlərarası dialoqun qurulması.

"Azərbaycan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunun keçirilməsi təşəbbüsü ilə çıxış edib ki, bu forum artıq altıncı dəfədir keçirilir. Bu təşəbbüs 2008-ci ildən Azərbaycan Respublikası tərəfindən beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində başladılmış "Bakı Prosesi" çərçivəsində yaranıb. Forum müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və harmoniya təmin etmək məqsədini güdür.

Forum hökumətlər, beynəlxalq təşkilatlar, mütəxəssislər, alimlər, siyasətçilər və peşəkarlar üçün qlobal təhlükəsizlik və mədəniyyətlərarası ünsiyyətin dəyişən dinamikası barədə ətraflı müzakirələr aparmaq üçün bir platforma təmin edir. Bu səbəbdən forum UNESCO, BMT-nin Mədəniyyətlər Alyansı (UNAOC), Avropa Şurası, BMT-nin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Dünya Turizm Təşkilatı (UNWTO) ilə sıx əməkdaşlıq şəraitində keçirilir", - deyə məqalədə bildirilir.




Baxış sayı: 100
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30 Two books on Yerevan’s history added to US Library of Congress catalogue 30-10-2026, 17:30 Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritetidir 30-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30