FACT-INFO.AZ » SİYASƏT » Fərid Şəfiyev: Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi bütövlükdə bölgəyə mənfi təsir edir
5-09-2024, 07:30 | SİYASƏT
Fərid Şəfiyev: Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi bütövlükdə bölgəyə mənfi təsir edir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Niderlandın Groningen Universiteti tərəfindən təşkil olunan “Regionlararası əməkdaşlıq: İqlim dəyişikliyi, bərpaolunan enerji sahəsində çağırışlar və Avropa İttifaqı (Aİ), Mərkəzi Asiya və Cənubi Qafqazda imkanlar” mövzusundakı tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan normallaşma prosesi və Cənubi Qafqaz regionunda yaranmış geosiyasi vəziyyət barədə məlumat verib.

Ermənistan ilə Azərbaycan arasındakı son proseslərə toxunan F.Şəfiyev ölkəmizin sülh gündəminə sadiq olduğunu və İrəvanla sülh müqaviləsinin imzalanması üzərində fəal şəkildə çalışdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan danışıqlar prosesində ikitərəfli təmaslara üstünlük verir, çünki bu təcrübə nəticəyönümlüdür. “Regional məsələlərə üçüncü tərəflərin müdaxiləsi təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, həm də bütövlükdə regiona mənfi təsir edir və bu təsirlər region sərhədlərini də aşır”.

Ermənistanın silahlandırılması mövzusuna toxunan BMTM-in İdarə Heyətinin sədri bu kampaniyanın qeyri-məhsuldar olduğunu və yeni gərginliklərə səbəb ola biləcəyini diqqətə çatdırıb.

F.Şəfiyev Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ölkələri ilə genişlənən qarşılıqlı əlaqəsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu tərəfdaşlıqlar Yaxın Şərqdə və Ukraynada yaşanan böhranlar fonunda ümumilikdə beynəlxalq arxitekturanın təhlükəsizliyinə töhfə verəcək.

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev Azərbaycan tərəfindən reallaşdırılan yaşıl enerji layihələri barədə məlumat verib. Ölkəmizin bp, BƏƏ-nin “Masdar”, ADNOC, Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment” və Yaponiyanın “TEPSCO” şirkətləri ilə tərəfdaşlığına toxunan Ş.Hacıyev vurğulayıb ki, bütün bu təşəbbüslər Azərbaycanın ətraf mühitin mühafizə və iqlim fəaliyyətlərinə sadiqliyini nümayiş etdirir. Yaşıl enerji təşəbbüslərinin davamı olaraq Azərbaycan Gürcüstan, Macarıstan, Rumıniya ilə birlikdə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişinə dair razılaşma imzalayıb. Bu yaşıl enerji layihəsi Cənubi Qafqazı Cənub-Şərqi Avropa ilə birləşdirəcək və “yaşıl enerji dəhlizi” funksiyasını icra edəcək. Bundan əlavə, bu, yaxın gələcəkdə Mərkəzi Asiyadan bərpaolunan enerji mənbələrini də ehtiva edəcək”.

Ş.Hacıyev, həmçinin COP29-a ev sahibliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri üçün davamlı inkişafın təşviqi, yaşıl enerjiyə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Groningen Universiteti tərəfindən təşkil edilən tədbirdə gələcək enerji siyasəti, regional əməkdaşlıq və davamlı inkişaf məsələləri əsas müzakirə mövzuları olub.




Baxış sayı: 85
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30