FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub
5-09-2024, 10:30 | MƏDƏNİYYƏT
Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalyada keçirilən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində qardaş ölkənin nüfuzlu təhsil müəssisəsi olan Akdeniz Universitetinin rektoru professor Özlenen Özkanla görüşüb.

AZƏRTAC xəbər verir ki, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin rəhbəri Azər İsmayılın da iştirak etdiyi görüşdə ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlər, mədəni əlaqələrimizin daha da genişləndirilməsi və bu istiqamətdə həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

Toplantıda Akdeniz Universitetində yaradılacaq Azərbaycanşünaslıq Mərkəzi üçün nəzərdə tutulan ərazi və onun dizaynı, ayrılacaq zalda ölkəmizə dair mini kitabxananın təşkili, sözügedən mərkəzin çoxfunksiyalı fəaliyyəti, eləcə də mühazirə və açıq dərslərin keçirilməsi razılaşdırılıb.

Sözügedən mərkəzdə dövlət rəmzlərimiz, ölkələrimizin qardaşlıq münasibətləri, tariximiz, mədəniyyətimiz və dahi şəxsiyyətlərimizə dair guşələr yer alacaq, tanınmış şəxsiyyətlərimizin portretləri, habelə Azərbaycana dair rəsmlər, fotoşəkillər, suvenirlər, xalçalar, kəlağayılar və daimi sərgilər yer alacaq.

Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq Azərbaycanşünaslıq Mərkəzini texniki avadanlıqlarla təmin edəcək və gələcəkdə mərkəzdə ana dilimizin öyrədilməsi məqsədilə kurslar təşkil olunacaq. Azərbaycanşünaslıq Mərkəzi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə fəaliyyətini daimi koordinasiya edərək, birgə layihələr reallaşdıracaq, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da gücləndirilməsi, milli mədəniyyətimizi qardaş ölkədə daha geniş və sistemli təbliğ edəcək, Azərbaycan və Türk dünyası universitetləri ilə körpü rolunu həyata keçirəcək.

Qeyd edək ki, 24 fakültə, 74 min tələbəsi ilə Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından sayılan Akdeniz Universitetində 600-dən çox azərbaycanlı tələbə təhsil alır. Mərkəz gələcəkdə Azərbaycanşünaslıq Mərkəzi Universitetdəki azərbaycanlı tələbələrin dərnəklərinin fəaliyyətinə dəstək olacaq və hər iki ölkənin gəncləri mərkəzin xidmətlərindən faydalanacaq.




Baxış sayı: 90
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30