FACT-INFO.AZ » İQTİSADİYYAT » “Azərkosmos” iqlim fəaliyyətinə dəstək məqsədilə Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb
4-09-2024, 20:30 | İQTİSADİYYAT
“Azərkosmos” iqlim fəaliyyətinə dəstək məqsədilə Millətlər Birliyi Təşkilatı ilə əməkdaşlığa başlayıb

“Azərkosmos” Millətlər Birliyi Təşkilatının (The Commonwealth of Nations) üzvləri olan İnkişaf etməkdə olan kiçik ada dövlətləri və digər həssas üzv ölkələrlə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlıq Azərbaycan və Millətlər Birliyi Təşkilatının birgə imzaladığı memorandum çərçivəsində həyata keçirilir.

AZƏRTAC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos” tərəfindən birliyə üzv olan ölkələrə iqlim dəyişikliyində kosmik texnologiya və coğrafi məlumatlar vasitəsilə təhlillərin aparılması və fəaliyyətin qiymətləndirilməsi məqsədilə kompleks proqram hazırlanıb. Proqram çərçivəsində birliyin üzvü olan dövlətlərdə, xüsusilə Karib dənizi regionunda və Sakit okean ölkələrinin ərazilərində:

∙ peyk görüntülərindən istifadə etməklə quraqlıq səviyyəsinin monitorinqi və quraqlıq riskinin qiymətləndirilməsi;

∙ əkin sahələrinin sinifləndirilməsi;

∙ meşələrin kompleks monitorinqi;

∙ metan (CH4) konsentrasiyasının kosmik monitorinqi fəaliyyətləri icra olunacaq.

Bu fəaliyyətləri icra edərkən vacib məqam olan məsafədən müşahidə və Coğrafi İnformasiya Sistemləri üzrə bilik və bacarıqların artırılması, tematik təlim və konsultasiyanın verilməsi proqramın tərkib hissələridir.

Kosmik həllərə çıxış imkanının olub-olmamasından asılı olmayaraq bütün ölkələr gündəlik olaraq kosmik xidmətlərdən istifadə edirlər.

Hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ön cəbhə xəttində olan kiçik ada dövlətlərində iqlimin monitorinqinin ən güclü aləti kosmik həllərdir. Məsələn, kosmik texnologiya ada dövlətlərinin davamlı dolanışıq və iqtisadi inkişafı üçün həyati əhəmiyyət kəsb edən işlərdə rol oynayır. Həmçinin sahil mühafizəsi üçün sahil xətlərinin monitorinqi, okeanda suyun səviyyələrinin monitorinqi, qeyri-qanuni balıq ovuna nəzarət və neft dağılmalarının aşkar edilməsi kimi nümunələri misal göstərmək olar. Kosmik texnologiya əlçatmaz ərazilərdən məlumat əldə etməyi təmin edir. Bu da kiçik ada dövlətlərinin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən aspektdir.

“Azərkosmos”un hazırladığı bu proqram iqlim dəyişikliyinə həssas və kosmosa az və ya heç bir çıxışı olmayan dövlətlərdə Azərbaycanın kosmik təcrübəsini bölüşmək və onların kosmos sahəsində insan kapitalının inkişafına öz töhfəsini verəcək.

Kosmik texnologiya və coğrafi məlumatların gücündən istifadə etməklə bu tərəfdaşlıq iqlimə davamlılığı gücləndirmək, fəlakətlərə hazırlığı təkmilləşdirmək və davamlı inkişafı dəstəkləmək məqsədini daşıyır. Kosmik həlləri özündə ehtiva edən bu proqram Millətlər Birliyi Təşkilatına daxil olan dövlətlərə həm Bakıda keçiriləcək COP29 tədbirində, həm də gələcəkdəki iqlim dəyişikliyi üzrə fəaliyyətlərdə bir növ yol xəritəsi rolunu oynayacaq.




Baxış sayı: 145
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30