Türkiyədə “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri Antalyada davam edib. Fact-info.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycan təmsilçiləri Türkiyənin “TRT Antalya” radiosunda yayımlanan “Bölge Gündemi” mədəniyyət proqramının qonağı olublar. Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova, gənc azərbaycanlı müğənni, solist Aynur İsgəndərli iştirak ediblər.
Proqramda Azərbaycan-Türkiyə qardaşlığı, ölkələrimiz arasındakı mədəni əlaqələr barəsində fikirlər yer alıb. Verilişdə, həmçinin milli mədəniyyətimizin qardaş ölkədə, eləcə də Antalyada təbliği istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər, layihələr müzakirə edilib, hazırda davam edən “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbiri haqqında məlumat verilib.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
