Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Füzuli şəhərində seçicilərin səs verməsi üçün 4 məntəqə fəaliyyət göstərir. Füzulidə məskunlaşan sakinləri yüksək əhval-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar.
84 saylı Füzuli Seçki Dairəsi Dairə Seçki Komissiyasından verilən məlumata görə, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, 4 seçki məntəqəsi işğaldan azad olunan Füzuli şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 54246 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səs vermədə iştirak etmək hüququ olanların sayı 583 nəfərdir. İşğaldan azad olunan Füzuli şəhərindəki 4 seçki məntəqəsi - 75, 76, 77, 78 saylı seçki məntəqələri fəaliyyət göstərir.
Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
