Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Ankarada Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşüb.
Fact-info.az xəbər verir ki, görüş Milli Müdafiə Universitetinin Hərbi Akademiyasında diplomların təqdim edilməsi mərasimindən sonra baş tutub.
Türkiyənin dövlət başçısı 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlara Allahdan rəhmət diləyib. Şəhid ailəsi üzvlərinin bir-bir əlini sıxan Ərdoğan, “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.
Türkiyə lideri şəhid ailəsi üzvlərini Prezident Kompleksinin ərazisində Zəfər bayramı münasibətilə baş tutan konsert proqramına dəvət edib.
Rəcəb Tayyib Ərdoğan daha sonra Azərbaycandan gələn heyət üzvləri ilə birgə şəkil çəkdirib.
Qeyd edək ki, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 30 nəfərlik qrup “YAŞAT” Fondu ilə “Türkiyə və Azərbaycan Sahibkar və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) birgə həyata keçirdiyi “Qardaş ailə” proqramı çərçivəsində Ankarada səfərdədir.
Baxış sayı: 130
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
