FACT-INFO.AZ » İQTİSADİYYAT » Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri geniş perspektivlər vəd edir
27-08-2024, 10:00 | İQTİSADİYYAT
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri geniş perspektivlər vəd edir

Türk dünyası ilə sıx inteqrasiya yolunu əsas götürən Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bu böyük ailənin hər bir üzvü ilə daha yaxından dostluq və qardaşlıq əlaqələrinin qurulmasını gündəmdə saxlayır. Qardaş Türkiyə, Mərkəzi Asiyanın ərazi və əhali ehtiyatlarına görə böyük dövlətləri olan Qazaxıstan və Özbəkistan, məsafəcə uzaq olsa da mənəvi cəhətdən bir qardaş qədər yaxın olan Qırğızıstan, həmçinin Türkmənistanla son illər yaradılmış sıx siyasi, iqtisadi və mədəni əlaqələr dərinləşməklə Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün Avrasiya məkanında mövqeyini möhkəmləndirir, beynəlxalq arenada da söz sahibinə çevirir. Bu mənada, ötən həftə Azərbaycan Respublikası Prezidentinin Özbəkistana dövlət səfəri xalqlarımız arasındakı çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisə olmaqla, bölgədə formalaşmış əlverişli siyasi və iqtisadi konyunktura mühitində həm iki qardaş ölkənin, həm də ümumilikdə, Türk dünyasının mənafeləri naminə mühüm addımdır.Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna açıqlamasında iqtisadçı-ekspert, Naxçıvan Dövlət Universitetinin dosenti Əli Cabbarov söyləyib.

O qeyd edib ki, Özbəkistan Mərkəzi Asiyanın ərazisi, münbit torpaqları və əhali ehtiyatlarına görə böyük ölkələrindən biridir. Bu ölkə haqqında danışanda keçmiş SSRİ-də ən çox pambıq istehsalı yada düşür. Ona görə də özbəkistanlı iş adamlarının Azərbaycanın müxtəlif şəhərlərində, xüsusən Qarabağda tekstil və toxuculuq sahəsinə qoyacağı milyonlarla dollar sərmayə çox cazibədardır. Özbəkistan turizm sahəsində də tanınır. Ölkənin tarix qaynayan bir çox şəhərləri, xüsusən, mədəniyyətlərin kəsişmə nöqtəsi kimi tanınan Səmərqənd bu regionun turizm mərkəzi olmaqla, həmişə insanları özünə cəlb etməkdədir. Söhbət Azərbaycan-Özbəkistan əlaqələrindən getdikdə hər iki xalqın bir-birinə olan xoş münasibəti, eləcə də Özbəkistanda Azərbaycan mədəniyyəti və musiqisinin populyarlığı, Azərbaycanda da özbək musiqisinə olan maraq yada düşür. Qarşılıqlı əlaqələr xüsusilə xalqlarımızın müstəqillik illərində daha da artıb və gələn il diplomatik əlaqələrin yaradılmasının 30 illiyi qeyd olunacaq. Dövlət başçımız İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik bəyannaməsi isə ərazicə uzaq olsalar da, eyni tarixi kökü paylaşan bu iki qədim mədəniyyət beşiyinin bir-birinə olan bağlılığından xəbər verir. Bu mənada, xüsusən, tarixi-mədəni turizm ehtiyatları ilə zəngin olan Özbəkistanın Azərbaycanın turizm sənayesi ilə əməkdaşlığı buradakı potensialı turizm məhsuluna çevirməkdə faydalı olacaq.

Əli Cabbarov vurğulayıb ki, Azərbaycan və Özbəkistanın müttəfiq olması təkcə tarixdən gələn ənənələrdən deyil, həm də iki dövlətin bugünkü geostrateji mövqeyindən, sahib olduğu təbii ehtiyatlardan və iki dövlət başçısının şəxsi dostluq münasibətlərindən qaynaqlanan qarşılıqlı etimadla sıx bağlıdır: “Əsası Naxçıvanda qoyulmuş Türk Dövlətləri Təşkilatında Özbəkistanın fəal iştirakı və Azərbaycanın Qarabağ mübarizəsində daim yanımızda olması hər zaman olduğu kimi, bu gün də xalqlarımızın mənəvi yaxınlığının bünövrəsini təşkil edir. Qarabağın düşmən tapdağından azad edilməsindən sonra Özbəkistanın burada bərpa və quruculuq işlərində fəallığı da Azərbaycana verilən mənəvi dəstək kimi özünü beynəlxalq aləmdə simvolizə edib. Azərbaycanı Özbəkistana cəlb edən mühüm iqtisadi faktor ölkəmizdəki sabitlik, investisiya mühiti və şübhəsiz bu ölkənin Avropa bazarlarında mövqe tutmasına fürsətlər yarada biləcək tranzit mövqeyidir. Bu mənada, enerji resursları, xüsusən də “yaşıl enerji” ilə zəngin olan Özbəkistanda daxili tələbatdan on dəfələrlə artıq istehsal olunan enerjinin xaricə ixracı üçün Azərbaycanın imkanları özbək qardaşlara ən rahat yol olacaq. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri xüsusi əhəmiyyət daşıyır”.

“Humanitar-mədəni sahədəki əlaqələrə gəldikdə isə deyə bilərəm ki, şübhəsiz, bütün müqavilələrin, iqtisadi sahədəki bütün uğurların sonunda insanları bir-birinə bağlayan mədəni əlaqələr, humanitar tellər dayanır. Bu mənada, səfər zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Özbəkistanda keçirdiyi görüşlər xalqlarımız arasında tarixən mövcud olmuş mədəni əlaqələrin daha da dərinləşməsi, humanitar müstəvidə gələcək layihələrin həyata keçirilməsi baxımından olduqca uğurlu olub. Özbək xalqının sahib olduğu mədəni sərvətlərlə tanışlıq, eləcə də Azərbaycan mədəniyyətinin bu ölkədə tanıdılması Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi missiyanın uğurlu nümunəsi kimi də yadda qaldı”, - deyə iqtisadçı-ekspert vurğulayıb.




Baxış sayı: 135
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30