FACT-INFO.AZ » XƏBƏR » “Mehriban xanım Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”
24-08-2024, 10:00 | XƏBƏR
“Mehriban xanım Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”

Cəlil Xəlilov: “Respublikamızın sürətli inkişafında onun əməyi danılmazdır”

 “Azərbaycan Respubliklasının Birinci vitse-prezidenti Mehriban Əliyeva müstəqillik tariximizin ən görkəmli dövlət xadimlərindən biridir”.

 Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Ad günü münasibətilə Mehriban Əliyevanı təbrik edən Cəlil Xəlilov, onun çoxşaxəli  ictimai-siyasi, sosial-mədəni fəaliyyətinə diqqət çəkib:

 “Mehriban Əliyeva və onun rəbərikl etdiyi Heydər Əliyev Fondu respublikamızın bir çox bölgələrində çoxsaylı layihələr həyata keçirib, vətəndaşların sosial rifahının yaxşılaşması, onların yaşam səviyyəsinin yüksəldilməsi üçün böyük əmək sərf edib.  Sağlamlıq problemi olan şəxslərin müalicəsindən tutmuş şəhid ailələrinin, veteranların mənzillə təminatına qədər müxtəlif müstəvilərdə sistemli fəaliyyət ortaya qoyan Mehriban xanım, həm də böyük mədəni layihələrin müəllifidir. Qədim tarixi abidələrin qorunması, onların yenidən bərpası və təbliği Mehriban xanımın bütün ictimai-mədəni fəaliyyətinin əsasını təmin edib. Milli musiqimizin, adət-ənənlərimizin yaşadılması və dünyada təbliği də Mehriban  xanımın adı ilə bağlıdır. Unutmaq olmaz ki, məhz Mehriban xanımın dəstəyi ilə ölkəmizdə bir neçə dəfə muğam müsabiqələri həyata keçirilib, bu müsabiqələr yüzlərlə musiqiçidə muğama hədsiz maraq yaradıb, onları bu sahəni tədqiq etməyə həvəsləndirib.

 Mən ad günü münasibətilə hörmətli Mehriban xanımı təbrik edir, ona ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

 Polkovnik Mehriban Əliyevanın ictimai-mədəni fəaliyyətinin yalnız ölkəmizlə məhdudlaşmadığını, dünyanın bir çox dövlətlərini əhatə etdiyini bildirib:

 “Mehriban xanımın yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mədəni layihələr həyata keçirdiyi, tarixi abidələrin bərpası istiqamətində mühüm addımlar atdığı heç kimə sirr deyil. Mehriban xanımın bu fəaliyyətinə Avropanın bir çox ölkəsində, eləcə də müxtəlif coğrafiyalarda rast gəlmək mümkündür. Bütün bunlar onu göstərir ki, Mehriban xanım öz fəaliyyətində milli dəyərlərlə yanaşı, həm də ümumbəşəri dəyərləri rəhbər tutub, bütün insanlığın mənafeyini müdafiə edib. Bu, Mehriban xanımın timsalında Azərbaycan insanının, Azərbaycan qadınının mənəvi ucalığından xəbər verir”.

 

Sədr müavini vurğulayıb ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu veteranlara və şəhid ailələrinə də böyük diqqət göstərir, onlardan qayğısını əsirgəmir:

 “Heydər Əliyev Fondu Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatına da mütəmadi qayğı göstərir, veteranlarımızı tək qoymur. Biz uzun illərdir ki, hörmətli Mehriban xanımın, Heydər Əliyev Fondunun bu dəstəyini öz üzərimizdə hiss edirik.

 Heydər Əliyev Fondu veteranların, şəhid ailələrinin problelərinə də daim həssaslıqla yanaşıb, bu probemlərin həlli istiqamətində qəti addımlar atıb. Bu günə qədər Heydər Əliyev Fondu tərəfindən minlərlə şəhid ailəsi mənzillə təmin olunub, onların məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. 2021-2025-ci illər ərzində Heydər Əliyev Fondu tərəfindən 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin mənzillə təmin olunması nəzərdə tutulur.

 Mehriban xanımın tapşırığına uyğun olaraq Fond tərəfindən ötən ilin oktyabr ayına qədər 2881 şəhidin ailə üzvləri, həmçinin 3100 yaralı olmaqla, bütövlükdə 14 min 579 şəxslə görüş keçirilib, onların problemlərinin həlli təmin edilib. Bundan başqa, onlarla Vətən müharibəsi qazisinin müxtəlif ölkələrdə yüksək səviyyədə müalicəsi təmin olunub. Bütün bunlar Heydər Əliyev Fondunun timsalında dövlətimizin şəhid ailələrinə, veteranlara olan qayğısını göstərir.

 Mehriban xanım Birinci vitse-prezident kimi də uğurla fəaliyyət göstərməkdə, dövlətimizin maraqlarını siyasi-diplomatik platformalarda müvəffəqiyyətlə müdafiə etməkdədir.

 Mən bütün bu xidmətlərinə görə bütün veteranlar adından Mehriban xanıma təşəkkürümü bildirir, onu yubiley münasibətilə təbrik edirəm. Əminəm ki, Mehriban xanım bundan sonra da mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, şəhdi ailələrinin və veteranların əsas himayədarı olaraq qalacaq”.




Baxış sayı: 210
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30