FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olundu
22-08-2024, 10:00 | MƏDƏNİYYƏT
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olundu

Avqustun 21-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması ilə bağlı müzakirə aparılıb.

Fact-info.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması, yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur.

Yerli kino sənayesinin inkişafı dublyaj infrastrukturunun dəstəklənməsini, yeni iş yerlərinin açılmasını və müasir rəqəmsal məkanda Azərbaycan dilinin dəstəklənməsi üçün əsas prioritet olan bu seqmentdə biznesin stimullaşdırılmasını nəzərdə tutur. Bu məqsədlər üçün “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində xüsusi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Bu ehtiyac eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 5.6.6-cı yarımbəndinə və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının müvafiq bəndində də əksini tapıb. Həmin bəndin icrası üzrə mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən istehsalat bazasının təkmilləşdirilməsi və sahəvi klasterləşmənin təşviqi prioritet məsələdir.

Qeyd olunub ki, bu fəaliyyət istiqamətində türkdilli region və dövlətləri birləşdirən yayım platformasının qurulması ilə bağlı araşdırma aparılır və müvafiq iş planı hazırlanır. Platformanın təkmilləşdirilməsi və yaradılma prosesinin sürətləndirilməsi məqsədilə layihəyə mütəxəssis olaraq “BBC-Maestro” layihəsinin strateji və biznes üzrə məsləhətçisi Nina Larıçeva və “ATA-Association of Turkic Animation” təşkilatının sədri Oktay Yusibov da cəlb edilib.

Vurğulanıb ki, aylıq və ya illik abunə modelinə əsaslanan platformanın öz daxilində yerli və beynəlxalq məzmunları (dublyaj) əhatə etməsi planlaşdırılır. Həmçinin platformada tamaşaçılara yüksəkkeyfiyyətli, mədəni rezonans doğuran proqramların təqdim edilməsi nəzərdə tutulur.




Baxış sayı: 120
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30