FACT-INFO.AZ » XƏBƏR » Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır
21-08-2024, 11:30 | XƏBƏR
Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır

Ermənistan Avropa İttifaqı missiyasını, Fransa və ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

O qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır: “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələr vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nəyə isə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir.

Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövlətlərinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir”, - deyə C.Xəlilov bildirib.

Polkovnik əlavə edib ki, İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlik, qeyri-müəyyənlik vəd edir. Bu isə bütün region dövlətləri kimi, Ermənistanın öz mənafeyinə də ziddir.




Baxış sayı: 150
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30