Bu ilin iyulunda keçirilən növbədənkənar seçkilərin nəticələrinə görə siyasi partiyalardan heç birinin Milli Assambleyada çoxluğu təmin edə bilmədiyi üçün Fransaya müvəqqəti administrasiya rəhbərlik edir.
Fact-info.az “The Guardian”a istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bu həftə Milli Assambleyada (parlamentin aşağı palatası) fraksiya liderləri ilə görüşərək, yeni hökuməti kimin formalaşdırması ilə bağlı siyasi dalana dirənməmək üçün danışıqlar aparacaq.
Makronun mərkəzçi hökumətinin istefasından sonra keçirilən Olimpiada Prezidentə yeni Baş nazirin təyinatını gecikdirməyə imkan verdi və o, bunu “atəşkəs” adlandırdı. Amma Oyunların başa çatmasından bir həftədən çox vaxt keçdikdən sonra tənqidçilər onu vaxt qazanmağa çalışmaqda ittiham etdilər.
İyulun 23-də respublikanın Prezidenti Baş nazir vəzifəsinə Yeni Xalq Cəbhəsinin namizədi, 37 yaşlı Lüsi Kastenin təyin edilməsi imkanını istisna edərək, onun Assambleyada hökuməti idarə etmək üçün kifayət qədər baza toplaya bilməyəcəyini bildirdi. Belə ki, 577 yerlik parlamentdə mandatların əksəriyyətini qazanan Yeni Xalq Cəbhəsi Partiyası bildirib ki, istənilən yeni Baş nazir onun sıralarından olmalıdır. Makron Lüsi Kastenin namizədliyini rədd etdikdən sonra ifrat solçu “Fəth olunmamış Fransa” partiyası onu impiçmentlə hədələyib.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
