FACT-INFO.AZ » İQTİSADİYYAT » Qazaxıstanlı ekspert: Azərbaycanın iqtisadi inkişafı region ölkələrini ticari və kooperasiya əlaqələrini genişləndirməyə sövq edir
19-08-2024, 10:00 | İQTİSADİYYAT
Qazaxıstanlı ekspert: Azərbaycanın iqtisadi inkişafı region ölkələrini ticari və kooperasiya əlaqələrini genişləndirməyə sövq edir

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında tərəfdaşlıq regionda davamlı inkişafın və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş uğurlu qarşılıqlı fəaliyyətin parlaq nümunəsinə çevrilir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Astanada keçirilmiş Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü bu əməkdaşlığın vacibliyini bir daha vurğuladı. Fact-info.az-ın məlumatına görə, Qazaxıstanlı politoloq Zamir Karajanov AZƏRTAC-a müsahibəsində yuxarıda qeyd olunan format çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafı, iqtisadi inteqrasiya və enerji tərəfdaşlığı sahəsində əldə olunan əsas nailiyyətləri xüsusi qeyd edib.

- Orta Dəhlizin beynəlxalq ticarətdə daha cəlbedici olmasının səbəbi nədir?

- Azərbaycanın strateji mövqeyi son iki ildə yükdaşıma həcmlərinin əhəmiyyətli dərəcədə artması ilə təsdiqlənir. Lakin onun əhəmiyyəti təkcə tranzit dəhlizləri ilə məhdudlaşmır. Azərbaycanın inkişaf etmiş iqtisadiyyatı region ölkələrini müxtəlif sahələrdə ticarət və əməkdaşlıq əlaqələrini fəal şəkildə genişləndirməyə sövq edir.

Azərbaycanın tranzit yükdaşımalarının inkişafına töhfə verən Orta Dəhliz layihəsində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Geosiyasi gərginlik nəqliyyat marşrutlarının şaxələndirilməsinin zəruriliyini vurğulayır. Müəyyən dövrlərdə dəniz yollarından daha cəlbedici olduğu ortaya çıxan Orta Dəhliz, həmçinin konteyner daşımalarının sabitliyi və tarif siyasəti sayəsində beynəlxalq ticarət iştirakçıları üçün getdikcə daha cəlbedici bir seçimə çevrilir. Fars körfəzindəki vəziyyət və Süveyş kanalındakı problemlər bu marşruta tələbatı daha da artırır.

-Dayanıqlı iqtisadi inkişafın və dünya bazarlarına çıxışın təmin edilməsində Qazaxıstanın dəmir yolu layihələrinin əhəmiyyəti və Azərbaycanın nəqliyyat təhlükəsizliyində rolu nədən ibarətdir?

- Qazaxıstanda Çini Xəzər regionu ilə birləşdirən əlavə dəmir yolu xətləri tikilir. Söhbət təkcə yükdaşımalardan deyil, həm də onların həcmlərinin daha da artırılmasından gedir ki, bu da bizim maraqlarımıza uyğundur. Açıq okeana və dənizə birbaşa çıxışı olmayan bir dövlət olaraq, biz inkişafımızda əsas rol oynayan nəqliyyat əlçatanlığına xüsusi önəm veririk.

Azərbaycan nəqliyyat təhlükəsizliyinin təmin edilməsində və digər ölkələrin, o cümlədən qeyri-MDB ölkələrinin bazarlarına sabit çıxışın təmin edilməsində mühüm rol oynayır. Bu, ölkələrimizin rifahına və iqtisadi artımı saxlamaq imkanlarına birbaşa təsir göstərir və indiki şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

- Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması məqsədinə nail olmaq ehtimalı nə qədərdir?

- Bu gün fəal əməkdaşlıq mövcuddur ki, bu da yəqin ki, Azərbaycanın öz iqtisadiyyatının potensialından istifadə edərək Mərkəzi Asiyada gedən proseslərə inteqrasiya etmək istəyindən xəbər verir. Xüsusən, 2023-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin 500 milyon dolları ötdüyünü nəzərə alsaq, gələcək inkişaf üçün yaxşı perspektivlər yaranıb. Hazırkı məqsəd 1 milyard dollarlıq dövriyyəyə nail olmaqdır. Bu hədəf regional əlaqələrin və əməkdaşlığın gücləndirilməsi kontekstində kifayət qədər real görünür.

- Qlobal geosiyasi qeyri-sabitlik şəraitində regional əməkdaşlığın gücləndirilməsi Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün hansı üstünlükləri və imkanları təmin edir?

- Dünya qlobal geosiyasi turbulentlik fonunda Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün daha az proqnozlaşdırılan xarakter alır. Bu vəziyyətdə regionumuz üçün ən böyük sabitlik və etibarlılıq ən yaxın qonşularımızla sıx əməkdaşlıq şəraitində təmin edilir. Son illərdə regional əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilir ki, bu da ölkələrimiz arasında iqtisadi artımın təmin edilməsinə töhfə verməklə yanaşı, davamlı inkişafa, iqtisadi təhlükəsizliyin gücləndirilməsinə şərait yaradır. Biz bilirik ki, Qazaxıstan xaricdən məhsul idxal edir, amma, eyni zamanda, onları region daxilində istehsal və emal edə, regional bazarlarını doldura, habelə özümüzü geosiyasi şoklardan qoruya bilərik.

Pandemiya zamanı sərhədlərin bağlandığı və karantinlərin bütün dünyada ərzaq tədarükünü məhdudlaşdırdığı bir şəraitdə qiymətlərin artması müşahidə olundu. Gələcəkdə analoji halların baş verməməsi üçün regional əməkdaşlığın və kooperasiyanın gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ticarət dövriyyəsinin artırılması və yerli istehsalçıların dəstəklənməsi zəruridir. Eyni zamanda, biz regionda rəqabət mühiti yaradırıq ki, bu da məhsulların keyfiyyətinin yüksəldilməsi və maya dəyərinin aşağı salınması üçün mühüm amildir.

- Azərbaycan ilə Qazaxıstan arasında mövqelərin və ümumi maraqların üst-üstə düşməsi, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatındakı rolu regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə necə töhfə verir?

- Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Astanada Mərkəzi Asiya ölkələrinin ardıcıl altıncı və ikinci məşvərət toplantısı keçirildi. Azərbaycanın belə tədbirlərdə iştirakı onun regiondakı mühüm rolunu vurğulayır. Ölkənizlə əməkdaşlığımız təkcə məşvərət görüşləri çərçivəsində deyil, həm də müxtəlif regional platformalar üzrə inkişaf edir ki, bu da qarşılıqlı fəaliyyətimizdə olan sabitlikdən və ardıcıllıqdan xəbər verir.

Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi hazırkı şəraitdə həm qlobal, həm də regional vəziyyətə uyğun gələn mövqedən çıxış edir.

Son məşvərət görüşləri açıq şəkildə göstərir ki, Mərkəzi Asiya ölkələri regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə böyük əhəmiyyət verir. Bu kontekstdə Azərbaycan bizim üçün əlverişli tərəfdaşdır. Bir çox beynəlxalq platformalarda Azərbaycan və Qazaxıstanın ümumi maraqlarını əks etdirən mövqelərimizin üst-üstə düşdüyünü qeyd edirik.

- Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya yaşıl enerji ixracı barədə nə deyə bilərsiniz?

- Enerji sahəsində əməkdaşlıq geniş spektrə malikdir. Ənənəvi neft tədarükü ilə yanaşı, biz yaşıl enerjinin Azərbaycan vasitəsilə Avropaya ixracı imkanlarını nəzərdən keçiririk. Qazaxıstan bərpaolunan enerji mənbələri sahəsində əhəmiyyətli potensiala malikdir ki, bu da regionun enerji təhlükəsizliyini təmin etməklə yanaşı, ixracı da şaxələndirəcək.

Dünyada mütəmadi olaraq münaqişələr yaranır ki, bu da qlobal iqtisadiyyatı qeyri-sabit və gözlənilməz edir, habelə yüksək artım templərini qoruyub saxlamağı çətinləşdirir. Belə bir şəraitdə biz yalnız bir-birimizlə əməkdaşlığa və öz gücümüzə arxalana bilərik.

 




Baxış sayı: 140
Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Bu gün, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Bu gün, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Bu gün, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Bu gün, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb Dünən, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub Dünən, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region Dünən, 12:30 Bəzi sözlərin mənşəyi haqqında Dünən, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu Dünən, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir Dünən, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib Dünən, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub Dünən, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN Dünən, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30 Şuşada Milli Musiqi Günü qeyd edilib 18-09-2026, 17:30 Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan 18-09-2026, 17:00 Dövlət auditinin rəqəmsallaşdırılması ilə bağlı təqdimat 18-09-2026, 11:30 Azərbaycanın iki geosiyasi-mədəni məkan arasında əlaqələndirici mövqeyi 18-09-2026, 11:00 Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib 18-09-2026, 11:00 Xankəndidə TDT ölkələrinin insan resursları üzrə səlahiyyətli qurum rəhbərlərinin V Görüşü keçirilir 18-09-2026, 11:00 DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirib, 11 nəfər saxlanılıb 18-09-2026, 10:30 Azərbaycan Britaniya ilə yaşıl enerji dəhlizləri üzrə əməkdaşlığı müzakirə edib 17-09-2026, 20:00 Üzeyir Hacıbəyli Festivalının proqramı açıqlanıb 17-09-2026, 18:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930