FACT-INFO.AZ » AKTUAL » Bizim həkimlər
18-08-2024, 18:30 | AKTUAL
Bizim həkimlər

Son dövrdə Azərbaycan həkimlərinin fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə vətəndaşlarımız  arasında  birmənalı olmayan müxtəlif fikirlər bu mövzuya toxunmağa bizi vadar etdi. Düşündük ki, doğrudanmı  həkimlərimizin peşəkarlığı o qədər də qənaətbəxş deyil. Axı həkimlərimizin uğurlu  fəaliyyəti özünü Vətən müharibəsində doğrultmuşdu. Elə neçə ay öncə saytımızın köşə yazarı, veteran jurnalist-araşdırmaçı Şahnaz Ağamir  açıq ürək əməliyyatı keçirdiyindən onunla bu mövzuda söhbətləşdik.  

-Şahnaz xanıım,keçmiş olsun!İndi necəsiniz?

-Şükürlər,həkimlərimizin sayəsində yenidən həyata qayıtdım.

-Həkimlərdən söz düşmüşkən,sizin də fikirlərinizi bilmək istərdik.Çünki bilirik ki, vaxtilə mətbuat səhifələrində maraqlı məqalələrinizin müəyyən hissəsi Azərbaycanın tibb sahəsində özünəməxsus iz qoyan həkimlərlə və səhiyyə problemləri ilə bağlı olub. Hazırda təkcə jurnalist kimi deyil,həm də bir sıravi vətəndaş kimi bu sahəni qənaətbəxş hesab edirsinizmi?

-  Əlbəttə ki,dünyanın hər yerində heç də hər sahə ideal deyil,mənfi-müsbəti var.O ki,ola səhiyyə sahəsində.Bizdə də elədir.Amma bizdə maşallah olsun son dövrdə səhiyyə ocaqlarında  abadlıq ürəkaçandır.O ki qaldı həkimlərə təbii ki, peşəkar həkimlərimiz ötən əsrdə də olub,indi də var.

-Sizcə ölkəmizdə  çoxdurmu peşəkar həkimlər?

 - Əgər söhbət ötən əsrdən gedirsə,tibb xadimlərimizdən əlbəttə ki,  Mustafa bəyTopçubaşov,Mir Əsədulla Mirqasımiov,Əziz Əliyev, Zərifə xanım Əliyeva,Mİrzcavad Cavadzadə  və sair və ilaxır.Bu say-seçmə tibb xadimlərimiz öz peşəkarlıqları ilə Azərbaycanın tibb tarixində silinməz izlər,zəngin  yaradıcılıq irsi qoyublar.Sonrakı dövrlərdə də  onların davamçıları olub.Onlar ölkəmizi  beynəlxalq miqyasda  təmsil etməklə yanaşı,həm də özlərinin elmi  məktəblərini yaratmışlar.Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində apardığım araşdırmalardan bu qənaətə gələ bilərəm ki,o zaman da yaxşı həkimlərimiz vardı,lakin tibb müəssisələri elə də ürəkaçan deyildi.

-Bəs hal-hazırda necə?

-Hazırda maşallah,həm özəl,həm də  dövlətə aid tibb ocaqları kifayət qədərdir.Jurnalistlər ordusu kimi,həkimlərin də ordusu getdikcə genişllənir. Xüsusilə də əksəri cavan həkimlərdir.Bir tərəfdən yaxşıdır ki,rəqabət var.Həkimin də jurnalist  kimi yaradıcılığı göz qabağındadır.Yaşından asılı olmayaraq kim peşəkardırsa o yadda qalır,ictimaiyyətdə sayılır,seçilir,sevilir.Zənnimcə, peşəkar həkimlər reklamdan uzaqdırlar.Daha doğrusu onların reklama heç ehtiyacları da yoxdur.Sadəcə olaraq  öz işləri ilə məşğuldurlar,vəzifə borclarını yerinə yetirirlər.Xəstələrə şəfa vermək üçün səy və bacarıqlarını əsirgəmirlər.

-Belə həkimlərdən bir neçəsinin adıını çəkə bilərsinizmi?   

-Təbii,məsələn,Loğmed  özəl klinikanın aparıcı  terapevti  Rafael Ziyad oğlu Abdullayev,1 saylı Respublika Dəri-zöhrəvi xəstəlikləri Dispanserinin  həkim mütəxəssisi  Kamil Mustafayev,Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-həkimi Xaləddin Musayev,Yasamal Hospital özəl klinikanın kardioloq-həkimi Sevinc xanım  Abdullayeva, Mərkəzi Gömrük Hospitalda invaziv-kardioloq İlqar Tahiroğlu Əzməmmədov, türkiyəli həkim anestoezioloq Başak xanım Asıliskender və sair. Onlar elmi dərəcəli  mütəxəssisdirlər.Elə məni həyata qaytaran Olimp Hospitalın həkim-kardioloqu Səlahəddin Hətəmovu  götürək. Cavan olmasına baxmayaraq çox təcrübəli,peşəkar cərrah-həkimdir. O, ürək patologiyalarının (ürək çatışmamazlığı, mitral qapaqların (klapan) stenozu, ürəyin işemik xəstəlikləri və s.)müalicəsində bütün növ əməliyyatları həyata keçirir.Təsəvvür edin ki,infaktın astanasında idim.Mənə anju əməliyyatından sonra dedi ki,təcili açıq ürək əməliyyatı olunmalısınız.Bu sözlərdən ailə üzvlərim çox həyəcan keçirdilər.Mən Səlahəddin bəyin şəfqətli gözlərində bir arxayınçılıq gördüm.Və o sakitcə “darıxmayın hər şey yaxşı olacaq”-dedi.Bu arxayınçılıq mənə də sirayət etdi.Və inandım ki,heç bir telekanalda reklamı olmayan,ilk dəfə gördüyüm  bu həkimin cərrah bıçağı altından salamat çıxacağam,elə də oldu. Yəni,psixoloji cəhətdən də hər bir həkim xəstəni hər hansı əməliyyata hazırlamalıdır.Bu,mühümdür.Məhz adlarını çəkdiyim və çəkmədiyim belə müasir həkimlərimiz  Azərbaycanın tibb sahəsində də  nüfuzunu qorumağa qadirdirlər.

- Sizə sağlıqlı ömür arzulayırıq.Söhbətimizin sonunda daha nə demək istərdiniz?

-Minnətdaram.Mən TƏBİB-in göndərişi ilə adıçəkilən Hospitala qəbul olundum. Heç bir vəsait  ödəmədən   belə bir ağır və   bahalı əməliyyata getdim. Orada   Tibb heyəti çox  məsuliyyətli-dirlər və ciddi rejimdə hər kəs öz işinin başındadır. Ölkə başçımıza bir vətəndaş olaraq buna  görə minnətdaram ki,ölkəmizdə TƏBİB kimi bir qurumun və tibb ocaqlarının fəaliyyətinə gözəl imkan yaradıb.Bildiyimə görə artıq xarici vətəndaşlar da müalicə  olunmaq  üçün Azərbaycana gəlirlər. Bəs belə isə daha nəyə lazımdır xaricə üz tutmaq.Həm də elə bir  zamanda ki,xəstə vətəndaşlarımız getdikləri ölkələrdə yoluxucu infeksiya təhlükəsi ilə üzləşə bilərlər. Bir sözlə,müqəddəs adını daşıyan bizim peşəkar və təvazökar  həkimlərə etimadı artırmalıyıq.Bu həm özümüzə,həm də onlara,həm də ümumilikdə Azərbaycanımızın nüfuzuna xeyirdir.

-Sizə bir daha şəfa diləyirik.  \

Fact-info.az                  




Baxış sayı: 1 210
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00 Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir 30-10-2026, 20:00 Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib 30-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30