FACT-INFO.AZ » XƏBƏR » “Paris-2024” Olimpiya Oyunlarından narazılıqlar bitib tükənmir
14-08-2024, 08:30 | XƏBƏR
“Paris-2024” Olimpiya Oyunlarından narazılıqlar bitib tükənmir

“Paris-2024” Yay Olimpiya Oyunları bitər-bitməz Fransanın hazırladığı medalların mənfi əks-sədası gəldi. Amerikalı skeytbodçu Nyjah Huston və üzgüçü Maksim Qruset bürünc medallarının keyfiyyətindən narazılıqlarını bildiriblər.Fact-info.az  AZƏRTAC-a   istinadən  xəbər verir ki, amerikalı skeytbordçu sosial şəbəkələrdə medalın dekorasiyasının keyfiyyətindən şikayətlənib. Bu xəbəri eşidən Fransa mətbuatı dərhal əvvəlki Olimpiya Oyunlarını – “Rio” və “Tokio”nu sitat gətirərək oxşar problemlərin olduğundan yazıb.

İdmançılar podium sevincindən az keçməmiş xəyal qırıqlığı yaşayıblar. “Buna bax! Hətta ön hissəsi bir az soyulmağa başlayıb”, - deyə Paris-2024 Olimpiadasında kişilər arasında küçə skeytbordinqi üzrə bürünc mükafatçı Nyjah Huston instaqramda yayımlanan videoda dekorasiyasının əldə edilməsindən cəmi on gün sonra medalın korlanmış görünüşünü tənqid edib. İdmançı zədələnmiş medalının fotosunu göstərərək deyib ki, medal müharibədən qayıtmış təəssüratı yaradır. "Bu Olimpiya medalları yeni olduqda əla görünür, lakin azacıq tərli dəri ilə təmasda olduqdan və ya dostlarıma geyinməyə icazə verdikdən sonra onlar belə vəziyyətdədir. Heç də düşündüyümüz qədər keyfiyyətli deyil”, - deyə N.Huston əlavə edib. Onun medalının arxa tərəfindəki bürünc rəngli örtük həqiqətən də qopmağa başlayıb. “Bəlkə də, Olimpiya medallarının keyfiyyəti bir az da artırılmalıdır”,- deyən amerikalı skeytbordçunu instaqram səhifəsində 5 milyondan çox internet istifadəçisi izləyir.

Həqiqətən də, Akropolun və qələbə ilahəsi Afina Nikenin əks olunduğu medalın arxa tərəfindəki bürünc rəngli örtük ləpələnməyə başlayıb və ləl-cəvahiratın boz rəngini üzə çıxarıb. Ön tərəfdə də bəzi qüsurlar var.

Amerikalı idmançı bu vəziyyətlə üzləşən yeganə şəxs deyil. Fransa estafetinin bürünc mükafatçısı (4x100 metr məsafə) üzgüçü Maksim Qruset tviterdə medalının yanlardan ovulduğunu elan edib. "Deyəsən, ovulub, bir az oksidləşib", - deyə o ətraflı məlumat verib.

“Franceinfo”nun məlumatına görə, aidiyyəti qurumlarla məsələ ilə bağlı əlaqə saxlamağa çalışsalar da, heç kim cavab verməyib. Bildirilir ki, zədələnmiş medallar sistematik olaraq “La Monaie de Paris” sikkəxanası tərəfindən əvəz olunacaq və eyni şəkildə həkk ediləcək. Qeyd edilir ki, Olimpiya medallarının keyfiyyəti sual altındadır. 2016-cı ildə 130-a yaxın medal geri qaytarılıb. “Rio” Olimpiya Oyunlarının medalları ilə bağlı daha çox narazılıq olub. Səksəni amerikalı olmaqla 130-a yaxın idmançı medalları dəyişdirmək üçün oyunların təşkilatçılarına qaytarıb.




Baxış sayı: 65
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30