FACT-INFO.AZ » SİYASƏT » Türkiyəli ekspert: Ermənistan konstitusiyasının mətni və delimitasiya prosesinin natamam olması Bakı ilə İrəvan arasında sülhü ləngidir
13-08-2024, 16:00 | SİYASƏT
Türkiyəli ekspert: Ermənistan konstitusiyasının mətni və delimitasiya prosesinin natamam olması Bakı ilə İrəvan arasında sülhü ləngidir

Ermənistan konstitusiyasının hazırkı mətni və dövlət sərhədinin delimitasiya prosesinin başa çatmaması Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunmasının qarşısında duran əsas əngəllər sırasında yer alır.

Bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer Cənubi Qafqazda sürətli və uzunmüddətli sülh perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadla təsbit olunmuş Qarabağın Ermənistana birləşdirilməsi bəndi Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdiddir. “Konstitusiya bütün digər normativ hüquqi aktların və ümumilikdə dövlət siyasətinin əsasını təşkil edən sənəddir. Ona görə də Azərbaycanın özünə qarşı ərazi iddiaları ehtimalını istisna etmək istəməsi təbiidir”, -deyə Tecimer qeyd edib.

Türkiyəli analitik Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasının yenilənməsi zərurəti ilə bağlı sözlərinə müxalifətin və kilsənin mənfi reaksiyasına diqqət çəkib.

Sülh prosesinin qarşısında duran başqa bir maneə - delimitasiya prosesinin natamam olması barədə danışan AVİM-in eksperti dəqiq sərhəd xəttinin yeni toqquşmaların qarşısını alacağını və regionda təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Tecimer erməni kilsəsinin Azərbaycanla razılaşmalara qarşı olduğunu da diqqətə çatdırıb. O vurğulayıb: “Kilsənin mövqeyi diaspor tərəfindən Ermənistan hakimiyyətinə qarşı yeni tənqid dalğası üçün təkan oldu. Bütün bunlar son nəticədə danışıqlar prosesini ləngidir”.

Ekspert hesab edir ki, İrəvanla Bakı arasında sülhün əldə olunması bütün region üçün xüsusi əhəmiyyət kəsb etsə də, razılaşmaların qarşısında duran maneələrin hamısının tezliklə aradan qaldırılması ehtimalı azdır. “Amma bütün bunlara baxmayaraq, hər iki dövlətin beynəlxalq hüquq əsasında və regionun maraqlarını nəzərə alaraq danışıqları davam etdirməsi çox vacibdir”, -deyə türkiyəli analitik qeyd edib. (Azərtac)




Baxış sayı: 65
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30