"Əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər". "Seçki 2024" Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda keçirilən dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.S.Əliyeva bildirib ki, keçirilən dəyirmi masa vətəndaşların seçki hüququnun təmini mövzusunda olub:"Mərkəzi Seçki Komissiyası ilə birgə həyata keçirdiyimiz silsilə tədbirlərin sonuncusu Naxçıvan Muxtar Respublikasında təşkil olundu. Biz bu tədbirləri mütəmadi olaraq həyata keçiririk və hesab edirik ki, hüquqi düşüncənin, hüquqi mədəniyyətin artırılması istiqamətində olduqca vacib tədbirlərdəndir.Həmçinin əsas məqsəd vacib siyasi hüquqlardan biri olan seçki hüququnun təminidir. Ombudsman aparatının əməkdaşları Milli Məclisə, o cümlədən, Naxçıvan Muxtar Respublikası Ombudsman aparatının əməkdaşları muxtar respublika ərazisində həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə seçkiləri müşahidə edəcəklər".O qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə də seçkini müşahidə edəcəklər: "Yəni əməkdaşlarımız Penitensiar Xidmətin müəssisələrində, hərbi hissələrdə və digər yerlərdə səsvermənin gedişini izləyəcəklər”.
Baxış sayı: 65
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
