“Artıq bir neçə ildir ki, Fransa Azərbaycana qarşı qeyri-dost yanaşmasını açıq şəkildə göstərir. Təəssüf ki, bu qeyri-rasional yanaşma Fransanın dövlət siyasətinə çevrilmişdir. Bu mənada Fransa rəsmilərinin anti-Azərbaycan bəyanatları və addımları təəccüb doğurmur”.
Fact-info.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında bildirilib.
“Lakin, Fransa rəsmilərinin içərisində bəziləri vardır ki, onların davranışları bütün əndazələri aşır. Onlardan biri bu ölkənin Ermənistandakı səfiridir.
Bu şəxs informasiya məkanında tamamilə qeyri-adekvat davranır və diplomatiyanın prinsiplərinə, etiketə və ümumi əxlaq normalarına uyğun olmayan, uşaqcasına hərəkətləri ilə yeri gəldi-gəlmədi Azərbaycana replikalar atır. Bu şəxsin ümumiyyətlə hansı vəzifəni daşıdığını dərk etdiyi şübhə doğurur. Ciddi diplomatik ənənələrə malik böyük dövlət olduğunu iddia edən Fransanın səfiri titulunu daşıyan şəxs özünü marginal, uğursuz erməni radikal millətçisi kimi aparır.
Fransa səfirinin bu davranışı nəinki bu dövlətin keçmiş diplomatik ənənələrindən uzaqlaşdığını, eyni zamanda bu ölkənin dövlət idarəetməsinin cılız, acınacaqlı duruma düşdüyünü göstərir.
Qərbi Azərbaycan İcması Fransa hökumətindən nifrətə və irqi ayrı-seçkiliyə əsaslanan siyasətdən əl çəkməyi, rasional davranış sərgiləməyi və diplomatik normaların minimal tələblərinə əməl etməyi tələb edir”, - deyə qeyd olunub.
Baxış sayı: 80
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
