FACT-INFO.AZ » MƏDƏNİYYƏT » COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq sənədli film müsabiqəsi elan edir
9-08-2024, 17:00 | MƏDƏNİYYƏT
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq sənədli film müsabiqəsi elan edir

COP29 Azərbaycan Əməliyyat Şirkəti qlobal iqlim problemləri və onların həll yollarına geniş ictimaiyyətin diqqətinin cəlb olunması istiqamətində fəaliyyətin davamı olaraq beynəlxalq sənədli film müsabiqəsi layihəsini təqdim edir.

 “Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı müsabiqədə iştirak üçün dünyanın istənilən ölkəsindən sənədli film çəkilişləri sahəsində təcrübəsi olan şəxs və şirkətlər dəvət olunurlar.

Təşəbbüsün əsas məqsədi qlobal iqlim fəaliyyətinin gündəmdə saxlanılması, ətraf mühit problemlərinin həllinə yönələn kollektiv səylərin səsinə səs verməkdir. Belə ki, layihə sənədli film müəlliflərinin yaradıcı potensialını aktual iqlim mövzularına yönəldərək, bu sahədə fəaliyyət göstərən şirkət və şəxslər üçün iqlim problemlərinin həllində öz kreativ yanaşmalarının tətbiqi üzrə təşviqat platforması olacaq. Müsabiqə dayanıqlı iqlim gələcəyinə doğru atılan addımlarda praktiki fəaliyyətin yaradıcı ideya və yanaşmalarla dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müsabiqənin əsas mövzuları biomüxtəliflik və ekosistemlərin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, gender və ətraf mühit məsələlərinin təsirləri, yerli bilik və təcrübələr, bərpaolunan enerji həlləri kimi müxtəlif istiqamətləri əhatə edir. Videomateriallar ümumilikdə 5 fərqli nominasiya üzrə müxtəlif əhatəli meyarlar üzrə ixtisaslaşmış ekspert komissiyası tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərt və tələbləri barədə ətraflı məlumat COP29 rəsmi veb-səhifəsindən əldə edilə bilər. Qeyd olunmuş tələblərə cavab verən videoməhsullar sentyabrın 15-dək documentary.competition@cop29.az elektron poçt ünvanına göndərilməlidir. Layihənin yekununda tam və qısametrajlı kateqoriyalarda qalib olan filmlər noyabrda Bakıda keçiriləcək COP29 konfransında, eyni zamanda, COP29-un rəsmi veb-saytında və sosial media hesablarında nümayiş etdiriləcək.




Baxış sayı: 100
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30