Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə Ukrayna münaqişəsini həll etməyə başlayacaq.
Fact-info.az xəbər verir ki, sabiq dövlət başçısı bu barədə tanınmış jurnalist Edin Rossa müsahibəsində deyib.
“Seçkilərdə qalib gələcəyim təqdirdə, ilk işim Vladimir Putin və Volodimir Zelenski ilə əlaqə saxlamaq olacaq. Mən onların hər ikisini yaxşı tanıyıram və onlarla Ukrayna münaqişəsini həll etməyə nail olacağam”, - deyə Donald Tramp bildirib.
Ağ Evin sabiq rəhbəri iyunun 27-də keçirilən seçki debatları zamanı 2025-ci il yanvarın 20-də baş tutacaq andiçmə mərasiminədək münaqişənin həllinə nail olacağına vəd verib. Onun sözlərinə görə, Moskva ABŞ Prezidentinə hörmət etsəydi heç vaxt Ukraynaya hücum etməzdi.
Baxış sayı: 90
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
