Kurık limanının sularında naviqasiya təhlükəsizliyini təmin etmək üçün dərinləşdirmə işləri aparılır. Bu işlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TITR) inkişafı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir və bu marşrut üzrə yüklərin daşınmasına artan tələbatın təmin edilməsinə imkan verəcək.
Prosesdə Avropanın iri “Jan de Nul” şirkətinin ixtisaslaşmış dərin qazma avadanlığından istifadə olunur. Belə ki, həmin şirkətlə EPC müqaviləsi imzalanıb və bu sənəd layihələndirmə mərhələsindən tutmuş dərinləşdirmə işlərinə qədər bütün prosesləri ehtiva edir.
Dərinləşdirmə işləri terminalın imkanlarının daha da genişləndirilməsinə şərait yaradacaq.
Bu gün Kurık limanının ötürücülük imkanı 6 milyon tondur (dəmir yolu terminalı - 4 milyon, avtomobil terminalı - 2 milyon). Liman, eyni zamanda, 250 yük maşını saxlamaq imkanına da malikdir. Analoji işlər Aktau limanında da aparılacaq.
Nazirlikdən verilən məlumata görə, cari ilin 7 ayı ərzində TITR vasitəsilə yükdaşımaların həcmi 62 faiz artaraq 2,5 milyon ton təşkil edib. 2023-cü ilin eyni dövründə bu göstərici 1,6 milyon ton olub.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.
Baxış sayı: 95
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
