FACT-INFO.AZ » SİYASƏT » Türkiyəli politoloq: Sülh Cənubi Qafqazda yeni eskalasiyanı və müdaxiləni aradan qaldıracaq
2-08-2024, 14:30 | SİYASƏT
Türkiyəli politoloq: Sülh Cənubi Qafqazda yeni eskalasiyanı və müdaxiləni aradan qaldıracaq

Türkiyə-Ermənistan sərhədinin açılması Ankara ilə Bakının mövqelərinin koordinasiyasından birbaşa asılıdır. Ankara ilə İrəvan arasında dialoqda əldə olunmuş irəliləyiş məhz bu amillə bağlıdır.

Fact-info.az xəbər verir ki, bu barədə jurnalistlərə verdiyi şərhdə “Kavkassam” analitik mərkəzinin rəhbəri, professor Hasan Oktay bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda hazırkı vəziyyət son əsrlərdə baş vermiş proseslərin prizmasından qiymətləndirilməlidir.

Politoloq qeyd edib ki, müasir Ermənistanın əhalisi əksərən XIX əsrdə çar Rusiyası tərəfindən Cənubi Qafqaza köçürülmüş İran və Anadolu mənşəli ermənilərdən ibarətdir.

Analitik mərkəzinin rəhbəri əlavə edib: “1828-ci il Türkmənçay sülh müqaviləsindən sonrakı dövrdə Rusiyanın məqsədi Cənubi Qafqazda forpost yaratmaq və onun əhalisinin qonşu dövlətlərdən köçürülən qeyri-müsəlmanlardan ibarət olması idi. Həmin dövrə qədər müasir Ermənistanın ərazisində ermənilər cüzi azlıq təşkil edirdilər”.

Professor qeyd edib ki, çar Rusiyası qarşısına Osmanlı imperiyası, türk xalqları ilə əlaqələri kəsmək məqsədini qoymuşdu. Məhz həmin strategiya Rusiyanın Qafqaz siyasətinin əsasını təşkil edirdi və sovet hakimiyyəti dövründə də davam etdirilib. O əlavə edib: “Sovet hakimiyyəti Ermənistanda millətçilik əhvali-ruhiyyəsini gizli şəkildə dəstəkləyib və özlərini regionun “mərkəz” gücü hesab edən, habelə başqa xalqlara yuxarıdan aşağıya baxan vətəndaşlar nəsli formalaşdırıb”.

Hasan Oktay xatırladıb ki, 1991-ci ildə SSRİ-nin süqutundan sonra da ermənilərin əməllərində türk xalqlarına qarşı mənfi münasibət özünü bariz şəkildə göstərib.

Politoloq qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı nəticəsində Türkiyə-Ermənistan sərhədləri bağlanılıb, eyni zamanda, 44 günlük Vətən müharibəsi regionda güc nisbətini dəyişib. O vurğulayıb: “Baş nazir Nikol Paşinyanın dövründə İrəvan etiraf etdi ki, uzun illər Ermənistan iqtisadiyyatının gəlirlərinin ən azı yarısı Azərbaycan ərazilərinin işğalına xərclənilib, işğalçı ölkənin özü isə onilliklər ərzində ətraf aləmlə inteqrasiyadan təcrid edilib”.

Professor qeyd edib ki, Türkiyə bu gün Ermənistanla dialoqun hər bir mərhələsi barədə Azərbaycanı məlumatlandırır. “Burada üçtərəfli normallaşma və sülh üçün zəmin yaranır ki, bu da üçüncü ölkələrin müdaxiləsi ehtimalını aradan qaldırır. Tərəflər nəhayət ki, dövlətlərarası dialoqda fəaliyyət üzrə yol xəritəsini həyata keçirə bilərlər. Əks halda, Cənubi Qafqazda sülhə nail olunması prosesi uzanacaq, habelə yeni gərginlik raundları və kənar müdaxilələr üçün ilkin şərtlər yaranacaq. Bunun qarşısını almaq Türkiyə hakimiyyətinin vəzifəsidir”, - deyə Hasan Oktay bildirib.

Ekspert Zəngəzur dəhlizinin açılmasının vacibliyinə də toxunub və Tehranın bu məsələdə mövqeyini xatırladıb. O əlavə edib: “Türkiyə ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması digər dövlətlərin üç ölkə arasındakı əlaqələrə mənfi təsirini neytrallaşdıracaq və iqtisadi əməkdaşlığın qarşısında olan maneələri aradan qaldıracaq”.

Bununla bağlı analitik mərkəzin rəhbəri Türkiyə ilə Ermənistan arasında, o cümlədən yüksəkvəzifəli şəxslər səviyyəsində təmasların davam etdirilməsinin zəruriliyini qeyd edib.

Ekspert Ermənistana silah verən Fransa və Hindistanın Türkiyə və Azərbaycanın maraqlarına cavab verməyən mövqeyini pisləyib.

“Türkiyə bu gün İrəvanla Bakı arasında Ermənistanla sərhədin açılmasına imkan verəcək sülh sazişinin imzalanmasını gözləyir. Münasibətlərin mümkün qədər tez bir zamanda və ilkin şərt olmadan normallaşması vacibdir. Qalan bütün fikir ayrılıqları zamanla həll oluna bilər”, - deyə “Kafkassam”ın rəhbəri sözlərinə yekun vurub.




Baxış sayı: 110
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30