Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 8825 yerli müşahidəçi akkreditasiyadan keçib.
Fact-info.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.
O bildirib ki, bu müşahidəçilərdən 4622 nəfəri Mərkəzi Seçki Komissiyasında, 4203-ü isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilərin sayı isə 94 nəfərdir.
M.Pənahov vurğulayıb ki, növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün 5 qurumdan və 23 ölkədən 94 nəfər akkreditə olunub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 39 nəfər, MDB Parlamentlərarası Assambleyasından 36 nəfər, Müstəqil Dövlətlər Birliyindən 14 nəfər, Maldiv Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından isə 2 nəfər akkreditasiyadan keçib.
Baxış sayı: 90
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
