Nazirlər Kabineti “Rəqabət Məcəlləsinin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə Qaydası”nı təsdiqləyib.Fact-info.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar iyulun 1-dən tətbiq edilir.
Qərara əsasən, sözügedən Qayda Rəqabət Məcəlləsinin 9.3-cü maddəsinin icrası məqsədilə hazırlanıb və həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq Məcəllənin tələblərinin pozulmasına görə Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları və cərimələrdən daxil olan vəsaitin bölgüsü və istifadə qaydasını müəyyən edir.
Büdcədənkənar vəsait ölkənin mülkiyyəti hesab olunur, İqtisadiyyat Nazirliyinin sərəncamındadır və onun istifadəçisi (sərəncamçısı) dəyişdirilə bilməz.
Büdcədənkənar vəsaitin 60 %-i İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, 40 %-i isə nazirliyin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönəldiləcək.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
