2-5-2025 18:4
FACT-INFO.AZ » XƏBƏR » Ana dilimiz - milli sərvətimiz
1-08-2024, 16:30 | XƏBƏR
Ana dilimiz - milli sərvətimiz

Bu gün ölkəmizdə Ana Dili günüdür. Kiməsə adi, kiməsə qəribə və kiməsə zəruri görünən bir gün.

 Həyatımızın adi günlərindən birini yaşasaq da heç bir məhdudiyyət olmadan Ana dilimizdə danışdığımızın və düşündüyümüzün fərqinə varanda bunun o qədər də adi olmadığını anlamaq olar. Arazın o tayında milyonlarla doğma qardaşımızın bu dildə danışmaq və düşünmək imkanının o qədər də çox olmadığını xatırlayanda Ana dilinin nə qədər doğma və müqəddəs olduğunu, nə qədər böyük dəyər kəsb etdiyini hiss etmək heç də çətin deyil. Tarix boyu torpaqlarımızın itirilməsi, təbii sərvətlərimizin talan olunması, tarixi – mənəvi dəyərlərimizin aşındırılması və unutdurulması ilə bərabər doğma dilimiz də zaman-zaman diskriminasiyaya məruz qalıb. Çox da uzaq olmayan tariximizdə 200 ilə yaxın bir müddətdə torpaqlarımızda aparılmış aqressiv ruslaşdırma siyasətinin acı xatirələri hələ də unudulmayıb və unudulmamalıdır. Təkcə XX əsrin 1-ci yarısında iki dəfə əlifbamızın dəyişdirilməsi məqsədli şəkildə milli, mədəni, intelektual inkişafın qarşısına çəkilən səddlər deyildimi?! Və ya 1926-cı ilin 26 fevral-6 mart tarixlərində Bakıda keçirilmiş 1-ci Türkoloji qurultayın demək olar ki, bütün iştirakçılarının az sonra repressiyaya məruz qalması Ana dilimizə qarşı törədilmiş ən böyük terror deyildimi?!

 Bu dilin qorunub saxlanması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi uğrunda zaman-zaman milli ruhlu vətənpərvər və maarifpərvər babalarımızın müxtəlif rejimlərin repressiya dalğalarında şəhid olduğunu xatırlayanda Ana Dili gününün ayrıca qeyd olunmasının zəruri olduğuna heç bir şübhə qalmır. Ana dilimizi sevmək, qorumaq, inkişaf etdirmək o qəhrəman babalarımızın ruhuna hörmətimizin və əməllərinə sədaqətimizin rəmzidir.

Ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir. Yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz tarixin müxtəlif dönəmlərində ən ağır təzyiqlərə məruz qalsa da, öz varlığını qoruyub saxlamaqla bərabər həm də böyük inkişaf yolu keçib.
İstənilən dilin varlığını, yaşamasını təmin edən ən böyük amil əlbəttə, o dilin daşıyıcısı olan xalqdır. Yer üzündə mövcud olan hər bir xalq ilk növbədə özünə məxsus milli dili ilə digər toplumlardan fərqlənir və öz identikliyini tapır. Hər bir millət və xalq öz dilində danışdıqları və yaratdıqları ilə digərləri tərəfindən tanınır və dəyərləndirilir. Dilin dövlət dili statusuna yüksəlməsi isə milli müstəqillik ideyalarının gerçəkliyə qovuşması ilə baş verə bilən siyasi hadisədir. Şah İsmayıl Xətayidən bu günə qədər Ana dilimizin keşməkeşli tarixi onu göstərir ki, hər bir cəmiyyətdə dilin inkişafı milli müstəqillik ideyalarına sadiq liderlərin siyasi iradəsi və qətiyyəti ilə sıx bağlıdır.
Səfəvilər hakimiyyətindən sonra yalnız Cümhuriyyət dövründə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait bu qərarın uzunömürlü olmasına imkan verməmişdi. Sovet dövründə isə yalnız 1956-cı ildə Ali Sovetin qərarı ilə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dili haqqında maddə əlavə edilmişdi. Lakin bu da mərkəzi hakimiyyət tərəfindən qəzəblə qarşılanmış və buna görə də həmin dövrdə Azərbaycana rəhbərlik etmiş İman Mustafayev dərhal öz vəzifəsindən uzaqlaşdırılmışdı.

 

1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması, inkişaf etdirilməsi və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində müstəsna xidmətlər göstərdi. 1978-ci il aprelin 2-də keçirilən doqquzuncu çağırış Ali Sovetin yeddinci sessiyası Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuşdu. Ulu öndərin həmin sessiyadakı tarixi çıxışı Konstitusiyanın 73-cü maddəsinə dəyişiklik edilməsi və Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə nəticələndi. Sovet rejiminin siyasi, iqtisadi və hərbi baxımdan ən güclü olduğu bir zamanda belə bir təşəbbüslə çıxış etmək və öz məqsədinə nail olmaq əlbəttə böyük cəsarət və iradə tələb edirdi. O zamanlarda belə təşəbbüslərin bəzən insanın həyatı bahasına başa gələcyini yaxşı bildiyinə baxmayaraq Ulu öndər heç bir tərəddüd etmədən bu tarixi addımı atdı. Bütün çətinliklərə və təhlükələrə baxmayaraq, Heydər Əliyevin bu tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin sonrakı inkişafına çox böyük təkan verdi.

 

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qəbul edilmiş qərarın icrası illərlə uzanırdı. Nəhayət, Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, keçid prosesi başa çatdırıldı və Fərmana uyğun olaraq 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə və müəssisələr, təşkilatlar, Azərbaycan dilində olan nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılır və ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı üzərində düşünməyə vadar etmişdi. Öz qaynağını Avropadan alan yeni dövrün milli maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da müasir mədəniyyət tipinə uyğun yeni əlifbaya olan ehtiyacı gündəmə gətirmişdi. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslər o zaman üçün mövcud əlifbanın daha münasibi ilə əvəz olunması zərurətini yaratmışdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əlifbasına keçid prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə uyğun olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının tətbiq edilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril əlifbası ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası əsasında Azərbaycan elminin və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Bununla belə, kiril əlifbasının dilimizin səs quruluşuna uyğunlaşdırılması üçün edilən bütün cəhdlər uğursuz oldu və kiril əlifbası əsasında Azərbycan dilinin tam optimal ifadə variantının əldə edilməsi mümkün olmadı. Bu vəziyyət elə o zaman kiril əlifbasının nə vaxtsa dəyişdiriləcəyi ehtimalını yaradırdı.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış yeni tarixi-siyasi şərait bizim də dünya xalqlarının ümumi yazı sisteminə qoşulmağımız üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Məhz elə 1 avqust tarixi ölkəmizdə “Azərbaycan əlifbası və Azərbaycan dili günü” olaraq təsbit edildi.

 

Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin xidmətləri misilsiz olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, eləcə də həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanlar ana dilimizin qorunmasında və inkişafında mühüm rol oynayıb. 2003-cü il yanvarın 2-də isə ulu öndər Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr müəyyən edilib. Tariximizin ən çətin dönəmlərində ölkəmizə rəhbərlik etmiş Heydər Əliyevin Ana dilimizlə bağlı apardığı siyasət daha sonra Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildi. Dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdı və bu sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırdı. Bundan başqa, elə həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, 2007-ci il dekabrın 30-da isə “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” Sərəncamlar imzalanıb. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidenti 2013-cü il 9 aprel tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib.

 

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, qloballaşma şəraitində dilimizin zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

 

Prezident İlham Əliyevin 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

 

Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

 

Dil quruculuğu ilə bağlı olan bütün bu sənədlər Azərbaycan dilinin milli-mənəvi və siyasi-hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardır. Bu addımlar dilimizin əbədiyaşarlığını təmin etmək məqsədi güdür. Dilimiz yaşadıqca xalqımız və müstəqil dövlətimiz də hər zaman var olacaq.

Cavanşir Feyziyev




Baxış sayı: 170
Azərbaycan səfiri Türkiyənin XİN başçısının müavini ilə regional gündəmi müzakirə edib Bu gün, 19:00 Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub Bu gün, 19:00 “Üzeyir Hacıbəyli və musiqi mirası” adlı tədbir Bu gün, 14:30 “Ey Vətən” bilik yarışı keçirilib Bu gün, 12:00 "Media sahəsində fəaliyyət zamanı milli-mənəvi dəyərlər nəzərə alınmalıdır" - Ombudsman Bu gün, 11:00 "İctimai proseslər media müstəvisində" mövzusunda forum keçirilir Bu gün, 11:00 "Heydər Əliyevin Azərbaycanda senzuranı ləğv etməsi plüralizmin genişlənməsinə şərait yaradıb" - Əhməd İsmayılov Bu gün, 11:00 Əsgərən-Xocalı yolu üzərində kütləvi məzarlıq aşkarlandı Bu gün, 10:00 Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndini işğal etməsi, azərbaycanlıları vəhşicəsinə qətlə yetirməsi, işgəncə verməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub Dünən, 21:00 Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində olublar Dünən, 20:00 Pakistan-Hindistan gərginliyi: XİN açıqlama yaydı Dünən, 19:00 “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” Dünən, 17:30 Səbinə Əliyeva “Amnesty International” təşkilatının baş katibinə etiraz məktubu göndərib Dünən, 16:30 Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin bağlanmasını təsdiqləyib Dünən, 10:00 Əcnəbi media Azərbaycanın artan beynəlxalq nüfuzu barədə analitik yazı dərc edib Dünən, 10:00 Qazax alimi türk xalqlarının tarixinə dair inteqrasiya olunmuş dərsliyin hazırlanmasını təklif edib Dünən, 09:30 Rəcəb Tayyib Ərdoğan: Rusiya və Ukrayna arasındakı müharibə nəhayət bitməlidir Dünən, 09:00 Sarıcalıya yola salınan növbəti köç karvanı kəndə çatıb 30-04-2025, 19:30 Qərbi Azərbaycanla bağlı bir toponimin izi ilə 30-04-2025, 19:00 “Konstitusiya və Suverenlik İli” nə həsr olunmuş hüquq olimpiadasının qalibləri mükafatlandırılıb 30-04-2025, 19:00 Representatives of political parties visit Azerbaijan’s Lachin district 30-04-2025, 15:00 Azərbaycan Budapeştdə macar-türk sammitində təmsil olunub 30-04-2025, 12:30 Pezeşkian mövcud reallığı dəyərləndirərək düzgün istiqamət seçib 30-04-2025, 10:30 Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 26 il ötür 30-04-2025, 10:30 Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Çinin telekanalına müsahibəsindən yazıb 30-04-2025, 10:30 Открывается новая веха во взаимоотношениях Азербайджана с Ираном 30-04-2025, 09:00 Aygün Əliyeva: QHT Platforması Qlobal Cənubun səsinə çevriləcək- VİDEO 30-04-2025, 07:00 Bakıda ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimi olub 29-04-2025, 21:00 “Global South Rising: The Bandung Spirit and the Right for Sovereign Futures” - Panel session 29-04-2025, 20:00 Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs: Talış kəndi istiqamətində yenicə basdırılmış 59 mina zərərsizləşdirdik 29-04-2025, 18:00
Köşə yazarları
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031