FACT-INFO.AZ » AKTUAL » Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq
30-07-2024, 20:00 | AKTUAL
Sülh sazişinin mətninə baxdıqda deyə bilərik ki, onun yekunlaşmasına çox yaxınıq

“Azərbaycanla Ermənistan arasında sülh prosesinin indiki mərhələsinə baxdıqda sülh sazişinin yekunlaşması istiqamətində substantiv irəliləyiş əldə etdiyimizi qeyd etməliyik”.

Fact-info,az -ın məlumatına görə, bu sözləri ABŞ-da səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib. O bildirib ki, tərəflər heç zaman sülh sazişinə bu qədər yaxın olmayıb: “Hər iki ölkə üçün düşmənçilik səhifəsini bağlamaq, Cənubi Qafqaz regionunun təbiətini dəyişmək, onu yaxın qonşuluq, sülh və sabitlik bölgəsinə çevirmək üçün tarixi imkan yaranıb. Bu proses uzun müddətdir davam edir. 30 ilə yaxın vasitəçilik danışıqları aparılıb. Lakin ötən ilin dekabrında hər iki ölkə danışıqları aparmaq və yekunlaşdırmaq üçün ən effektli və perspektivli formatın ikitərəfli və birbaşa formatda olması ilə bağlı qərara gəldi. O vaxtdan qarşılıqlı etimadın qurulması və müəyyən proseslərin davam etməsi, o cümlədən diplomatik dəstək mübadiləsi, bəzi həbsdə saxlanılanların azad olunması, sərhədlərin delimitasiyası üçün əməli işlərin başlanılması daxil olmaqla əhəmiyyətli nailiyyətlər əldə olunub”.

Elçin Əmirbəyov əlavə edib ki, masa üzərində olan sülh sazişinin mətninə baxdıqda demək mümkündür ki, onun yekunlaşmasına çox yaxınıq: “Azərbaycanın istəyi beynəlxalq ictimaiyyətin gözləntilərini qarşılamaq üçün əlindən gələnin ən yaxşısını etməkdir. Amma eyni zamanda, Azərbaycan kökündə Ermənistanın ərazi iddiaları duran bu münaqişəni birdəfəlik həll etmək istəyir. Biz ümid edirik ki, yerdə qalan çətinliklər qısa zamanda lazımi qaydada həll olunacaq və biz etibarlı, davamlı və geri dönülməz sülhə nail olacağıq”.




Baxış sayı: 105
Zelenski: Ukraynanın gələn il ayaqda qalması üçün ən azı 115 milyard avro lazımdır Dünən, 19:30 Azərbaycandan Ermənistana məhsulların ixracı Gürcüstan nəqliyyat sisteminin töhfəsidir Dünən, 19:00 Londonda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçiriləcək Dünən, 18:30 Mətbuat Şurasından xəbərdarlıq: “Etik qaydalar pozulmamalıdır” Dünən, 17:00 Zəngəzur dəhlizi heç bir dövlətin maraqlarına zidd deyil Dünən, 16:30 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib Dünən, 14:00 Ağdərə və Xocalı sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib Dünən, 12:00 Azərbaycan Prezidenti: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib Dünən, 11:30 Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik Dünən, 08:30 Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM Dünən, 08:30 Azərbaycanın görkəmli sənətkarı Aşıq Pənah Pənahovun 100 illik yubileyi qarşısında 23-11-2026, 16:30 Prezident İlham Əliyev Trampa təşəkkür edib 23-11-2026, 16:00 TAP layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm əməkdaşlıq nümunəsidir 23-11-2026, 15:00 Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts 23-11-2026, 15:00 Səməd bəy Mehmandarovun 170 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb 23-11-2026, 14:30 Qlobal bazarlarda narahatlıq davam edir 23-11-2026, 13:30 Ermənistanın yeni Konstitusiya layihəsinin mətnində Müstəqillik Bəyannaməsinə istinad edilməyib 23-11-2026, 11:00 "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir" - Azərbaycan Prezidenti 23-11-2026, 11:00 Kuşner Ukraynaya təhlükəsizlik zəmanətlərinin şərtlərini açıqlayıb 23-11-2026, 09:00 İtkinlərin taleyi aydınlaşmadan etimad möhkəmlənə bilməz 23-11-2026, 09:00 Vyetnam Prezidenti: Azərbaycanı regionda daimi mühüm strateji tərəfdaş kimi qəbul etmişik 21-11-2026, 12:30 Yeni Azərbaycan Partiyasının yaradılmasından 34 il ötür 21-11-2026, 11:00 Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub 21-11-2026, 11:00 Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş keçirilib 21-11-2026, 11:00 Ağdam Şəhər Günü konsert proqramı ilə qeyd olunub 20-11-2026, 20:00 Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Eternity-2026” təlimi başa çatıb 20-11-2026, 19:00 Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub 20-11-2026, 12:30 Azərbaycana akkreditə olunmuş diplomatlar Böyük Qayıdış prosesi barədə məlumatlandırılıblar 20-11-2026, 12:30 Məleykə Abbaszadə BDU-nun rektoru vəzifəsinə təyinatı ilə bağlı açıqlama yayıb 20-11-2026, 11:00 QHT Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir 20-11-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30