Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib.
Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində növbəti tədbirini Qusar rayonunda keçirib. Rayonun Gənclər evində keçirilən tədbirdə mövzu ətrafında maraqlı müzakirələr aparılıb, diskusiyalar təşkil olunub. “Milli-mənəvi dəyərlərimiz və Vətənə sevgi” mövzusu ətrafında təşkil olunan tədbirdə çıxış edən layihənin rəhbəri, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi üçün milli birliyə və vəhdətə ehtiyac olduğunu bildirib. Qeyd edib ki, milli- mənəvi dəyələrimizin yaşadılması Vətənə sevgidən, torpağa bağlılıqdan, atributlarımıza sahib çıxmadan keçir.
Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin əməkdaşı Kamran Sadullayev, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Lalə Kərimova Fəxriyyə Muradova, rayon mərkəzi kitabxanasının əməkdaşları Leyla Məmmədova, Nəzakət Əmiraslanova və digərləri xalqımıza məxsuz milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində maarifləndirici işlərin aparılmasına və əhali arasında vahid mərkəzlərin yaradılmasına ehtiyac olduğunu bildirdilər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Baxış sayı: 175
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
