Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan verilən məlumata görə, Günəşin fəallığı artıb. Son sutka ərzində isə ardıcıl alışmalar qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb. Həftə ərzində Yerə doğru istiqamətlənmiş bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb.
Bu dövrdə Günəş küləyinin maksimal sürəti 612 kilometr/saniyə olub. Hazırda Günəş küləyinin sürəti normaldır (345 kilometr/saniyə).
Ardıcıl baş vermiş TKA-nın təsiri nəticəsində Günəş küləyinin sürətinin iyulun 31-dək yüksək olacağı proqnozlaşdırılır. İyulun 27-də baş vermiş TKA-nın təsiri ilə bu gün G1 (zəif), iyulun 30-31-də isə son günlərdəki aktivliklə bağlı olaraq G3 (güclü) səviyyəli geomaqnit qasırğası gözlənilir.
Baxış sayı: 60
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
