İtaliyalı siyasətçilər və parlamentarilər “Paris-2024” Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimini tənqid ediblər.
Fact-info.az xəbər verir ki, İtaliya Baş nazirin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsindəki hesabında Paris Olimpiadasının açılış mərasimi ilə bağlı bunları yazıb: “Dünyadakı milyardlarla xristianı təhqir edərək Olimpiadanı açmaq həqiqətən pis başlanğıc idi, əziz fransızlar”.
Baş nazirin müavini bu iradı “Paris-2024”ün açılış mərasimində bir hissə ilə bağlı olub. O, bu hissəni Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” freskasında təsvir olunan süjet ilə oxşarlığını qınayıb.
“İtaliya qardaşları” partiyasının üzvü Tommaso Foti “Facebook” sosial şəbəkəsindəki hesabında bunları yazıb: “Olimpiadanın açılışı Parisdə qürubu gözəlləşdirməkdən daha çox, kitç şəkillər və qəbuledilməz çıxışlar fonunda Qərbin qürubunu təqdim etdi. İdmançıların əvəzinə tədbirin mərkəzinə küfr məzmunlu kadrlara nə ehtiyac var idi, məlum deyil. Bilinən odur ki, biz Olimpiadanın bu qədər cəlbedici və həyəcanlı olmayan, küfr dolu vodevilə çevrilmiş açılışını təbii ki, xatırlamırıq”.
Həmin partiyadan olan Nikola Prokaççini isə açılış mərasimi ilə bağlı kinayəli paylaşım edib: “Gey-parad mərasimini çox bəyəndim. Olimpiadanın nə vaxt keçiriləcəyini bilirsiniz?”.
Baxış sayı: 65
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
