FACT-INFO.AZ » SİYASƏT » Türkiyə Prezidenti: Hazırkı qlobal sistem köhnəlməkdədir
27-07-2024, 09:30 | SİYASƏT
Türkiyə Prezidenti: Hazırkı qlobal sistem köhnəlməkdədir

İkinci Dünya müharibəsi qaliblərinin iqtisadi, siyasi, hərbi və diplomatik maraqlarını qorumaq üçün qurulan hazırkı qlobal sistem köhnəlməkdədir. Uzun müddətdir ki, bu sistemin problemlərə həll yolları tapmaq qabiliyyətini itirdiyinin əlamətlərini görürük. Sistemin artıq iflas ərəfəsində olduğunu görmək üçün yaxın keçmişdə yaşanan böhranlara nəzər salmaq kifayətdir. Suriyada 13 ildir davam edən münaqişə, Rusiya-Ukrayna, İsrail-Fələstin qarşıdurmaları, Yəməndə sabitliyə nail olmadan Sudanda baş verən hadisələr dünyanın haraya getdiyini göstərir. Qlobal sistemin kökündən sarsıldığı bu dövrdən "göbəyini özü kəsə bilən" ölkələr uğurla çıxacaq. Bu səbəbdən tam müstəqil Türkiyə məqsədilə "Türk əsrini" qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk. İnvestisiya, istehsal, məşğulluq, kəşf və ixracatla inkişafımızı eyni sürətlə davam etdiririk. Nə ətrafımızdakı münaqişələr, nə də 6 fevral zəlzələlərinin vurduğu 104 milyard dollarlıq zərər bizi yolumuzdan döndərmədi.

 Fact-info,az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən "HIT-30-Yüksək Texnoloji İnvestisiya Proqramı"nın təqdimatında çıxışı zamanı söyləyib.

Türkiyənin texnoloji inkişafının ən böyük göstəricilərindən olan yerli "Togg" elektromobilinə tələbatın getdikcə artığını qeyd edən Prezident Ərdoğan ölkəsinin bu sahədə hədəfinə çatdığını və qlobal miqyasda fəaliyyət göstərən Çinin aparıcı elektrik avtomobil istehsalçısı "BYD" şirkəti kimi bir çox firmanın sərmayələrinin Türkiyəyə cəlb edildiyini deyib.

Qeyd olunub ki, Türkiyə tezliklə beynəlxalq birbaşa investisiya strategiyasının tətbiqinə başlayacaq. 2024-2028-ci illəri əhatə edəcək strategiya ölkəyə daha çox yüksək texnologiyalar yönümlü investisiyaları cəlb etmək məqsədi daşıyır. Texnoloji və strateji investisiyalar üçün 3 illik müddətində əlverişli şərtlərlə cəmi 300 milyard lirə maliyyə imkanı yaradılacaq. Bu günə qədər artıq ümumi investisiyanın həcmi 1 trilyon 258 milyard lirə olan 238 layihə üçün müraciət edilib. Ölkədə sənaye sahəsinin səmərəliliyini artırmağa rəhbərlik edəcək 10 model fabrik yaradılıb. Önümüzdəki dövrdə daha dörd yeni model fabrik yaradılaraq onların ümumi sayı 14-ə çatdırılacaq.

Təqdimatı keçirilən layihə haqqında danışan Türkiyə Prezidenti deyib ki, bu proqramla yüksək texnologiyalı və yüksək əlavə dəyərə malik yeni investisiyalar üçün Türkiyənin üstünlüklərini gücləndirməklə yanaşı, 2030-cu ilə qədər ölkəni yüksək texnologiya mərkəzinə çevirmək hədəflənir. Layihəyə əsasən, mobillik, yaşıl enerji, qabaqcıl istehsal, sağlam həyat, rəqəmsal texnologiyalar, kommunikasiyalar, kosmos kimi sahələri inkişaf etdirəcək 30-dan çox sahəyə dəstək veriləcək. Bu layihə ilə Türkiyəyə 20 milyard dollarlıq özəl sektor sərmayəsinin gətirilməsi hədəflənir.




Baxış sayı: 105
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30