FACT-INFO.AZ » SİYASƏT » Əcnəbi media II Şuşa Qlobal Media Forumunu geniş işıqlandırıb
26-07-2024, 10:30 | SİYASƏT
Əcnəbi media II Şuşa Qlobal Media Forumunu geniş işıqlandırıb

Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada iyulun 20-22-də keçirilmiş 2-ci Qlobal Media Forumunun açılışında səsləndirdiyi fikirlər Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən bildirilib ki, dərc edilmiş məqalələrdə Prezident İlham Əliyevin ölkəmizin gələcəyi, Cənubi Qafqaz regionu, enerji məsələləri, o cümlədən yaşıl keçid və qarşıdan gələn COP29 ilə bağlı səsləndirdiyi fikirlərə ətraflı yer verilib.

Prezident İlham Əliyevin sözlərinə istinadən, Azərbaycanın təşəbbüsü ilə başladılmış Ermənistanla normallaşma və sülh danışıqlarında ötən müddət ərzində əsaslı irəliləyişə nail olunduğu, lakin Ermənistan rəhbərliyinin Azərbaycana qarşı ərazi iddialarını təcəssüm etdirən ATƏT-in Minsk Qrupunun ləğvi üçün müraciət, eləcə də bu ölkənin konstitusiyasına dəyişiklik etməklə bağlı fəaliyyətsizliyinin irəliləyişə mane olduğu açıqlanır.

Məqalələrdə Forum zamanı dövlətimizin başçısının azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının uğurlu icrasından və bu xüsusda mövcud maneələrdən bəhs etdiyi bildirilir. Genişmiqyaslı mina probleminin azad edilmiş ərazilərimizin sürətli reabilitasiyasına ciddi maneə olduğuna diqqət çəkilməklə, Ermənistanın səhih mina xəritələrini verməsinin və beynəlxalq ictimaiyyətin dəstəyinin prosesi xeyli sürətləndirə biləcəyi qeyd edilir.

Milli müxtəliflik və reinteqrasiya məsələləri xüsusunda Azərbaycan liderinin harmonik birgəyaşayışın Azərbaycan kimliyinin mərkəzində dayandığı, İkinci Qarabağ savaşından sonra yerli erməni əhalisini yenidən inteqrasiya etməyə çalışdığı, lakin bu səylərin Ermənistanın müqaviməti ilə rastlaşdığı ilə bağlı fikirlərinə yer verilib. Habelə XX əsr boyu, xüsusən 1980-ci illərin sonunda Ermənistandan qovulmuş azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaq istəyində olduqları və bu problemin həllinin beynəlxalq diqqət və fəaliyyət tələb etdiyi qeyd olunur.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycan Prezidentinin bu mötəbər tədbirə nəticəyönümlü yanaşmaya əsaslanan səmərəli hazırlıq işlərindən bəhs etdiyi, COP29-un əsas aspektlərini vurğuladığı bildirilir. COP29-un həmrəylik tədbiri olmağı hədəflədiyi, inkişaf edən Cənubla inkişaf etmiş Şimal arasında körpülər qurulduğunu söylədiyi bildirilir. Habelə dövlətimizin başçısının Azərbaycanın bərpaolunan enerji sahəsində əldə etdiyi əsaslı tərəqqi ilə bağlı fikirlərinə yer verilir.

Məqalələrdə Prezident İlham Əliyevin əsas mesajının hamı üçün dinc və daha yaxşı gələcəyə ümid və əminlikdən ibarət olduğu, bunun isə regionda və ondan kənarda bütün ölkələrdən səmimi səylər tələb etdiyi vurğulanır.




Baxış sayı: 145
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30