Biz dəfələrlə qeyd etmişik ki, Aİ sülh potensialını hətta sözlərində də itirib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-nin Ermənistana 10 milyon dollar hərbi yardım ayırması ilə bağlı xəbəri münasibət bildirərkən bunu deyib.
O qeyd edib ki, postsovet məkanını hərbi qarşıdurma zonasına çevirmək üçün hər şey edilir.
“Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro göndərmək planlarının arxasında öz dağıdıcı təsirini Cənubi Qafqazda yaymaq üçün aparılan geosiyasi hesablamalar dayanır. Yaxşı, kollektiv Qərb xəritədə bir qaynar nöqtəli bölgənin az olacağına necə dözə bilər!? Avropa Sülh Fondu isə sülh deyil, müharibə haqqındadır. Sual vermək olar: çoxsaylı böyük münaqişələrin yaşandığı bir regionda müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından 10 milyon dollarla nə etmək olar? Amma bütün hallarda öz siyasətini və müdafiəsini necə quracağına qərar vermək suveren ölkənin öz işidir”, - Zaxarova qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, Avropanın bu cür yardımının sülhməramlı gündəmə yönəldiyinə dair bir fakt yoxdur, lakin bu pulların münaqişələri qızışdırmaq üçün istifadə edilməsinin müşahidə olunduğu bir çox hallar var.
Baxış sayı: 130
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
